Təbii üsulla böcəkləri evdən necə uzaqlaşdırmaq olar?

Müəllif: Army_Blink
Şərhlər: 5
Baxılıb: 2 706
Səs ver:
(səs: 0)
1. Limon qabığı
Evdə hörümçəklərlə bağlı problem yaşayırsınızsa, limondan faydalan bilərsiniz. Limonları incə dilim halında evin müxtəlif yerlərinə qoyun. Hörümçəklər evi tərk edəcək.

2. Sirkə
Boş sprey şüşəyə 1/4 miqdarda sirkə, 3/4 miqdarda su əlavə edin. Çalxalayın və sıxın. Böcəkləri evdən qovmuş olacaqsınız.

3. Xiyar
Mətbəxdə olan xiyar bir çox böcəyi narahat edir. Həşəratla bağlı probleminiz varsa, xiyarın qabıqlarını evin müəyyən künclərinə yerləşdirin. Qarışqaları evinizdən bu üsulla uzaqlaşdıra bilərsiniz.

4. Nanə
Qarışqalar, hörümçəklər və bir çox böcək növü nanəni heç sevməz. Sprey şüşəyə nanə yağı damladıb, üstünə su əlavə edin. Hazırladığınız qarışımı evin müəyyən nöqtələrinə sıxın, böcəklərlə vədalaşa bilərsiniz.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 706
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri