Ağızda acılıq nədən yaranır? - Hepotoloq AÇIQLADI

Müəllif: Diablo
Şərhlər: 6
Baxılıb: 2 748
Səs ver:
(səs: 0)
Hepotoloq dr. Tofiq Əkbərov ağızda acılıq hissinin yaranma səbəblərindən danışıb.
Qadınla.Com xəbər verir ki, mütəxəssis bunun çox geniş yayılmış simptom olduğunu, orqanizmdə və sinir sistemində olan pozğunluqlar nəticəsində əmələ gəldiyini deyib.
O, acılıq hissinin yaranmasının səbəblərini ətraflı şəkildə belə izah edib:
Acılığın səbəbi xəstənin anamnezi və şikayəti aparılmış instrumental və laborator analizlər nəticəsində aşkar olunur. Ağızda olan acılıq müxtəlif xarici və daxili faktorların təsirindən əmələ gəlir və günün bütün vaxtında, əsasən səhərlər müşahidə olunur. Səbəbindən asılı olaraq, ağızda acılıq günün müxtəlif vaxtlarında və yanaşı müxtəlif şikayətlərlə ola bilər. Bu simptom müxtəlif yaşlarda və hər cinsdə rast gəlinir. Acılığın günün hansı vaxtında olmasından asılı olaraq səbəb barədə təxmini düşünmək olar.

1) Əgər ağızda acılıq səhərlər olursa, bu, ən çox qaraciyər, öd kisəsi və öd yollarının xəstəliyində (hepatit, xolesistit. öd daşı xəstəliyinin, müxtəlif mənşəli xolestazlar) müşahidə olunur. Belə xəstələr səhərlər ağızda olan pis qoxudan da şikayət edir.
2) Ağızda qoxu çox yemək yeyəndən sonra əmələ gəlirsə, bu mədə və 12 barmaq bağırsaq iltihabı xəstəliyində, əsasən qastroezofagial refluks xəstəliyində olur.
3) Ağızda acılıq gəyirmə, qıcqırma, ağızda olan quruluq ilə yanaşı gedirsə, onda ilkin olaraq mədə və 12 barmaq bağırsaq möhtəviyyatının qida borusuna tökülməsindən (qatroezofagial reflu xəstəlyindən) əmələ gəlir.
4)Ağızda acıllıq fizki işdən sonra əmələ gəlirsə və yanaşı sağ qabırğaaltı nahiyədə olan ağrı olarsa, qaraciyər ilə öd kisəsi, eyni zamanda öd yolları yoxlanılmalıdır.
Ağızda acılıq hissinin səbəbinin çox olmasına baxmayaraq 90-95% hallarda aşağıdakı səbəblərdən baş verir:
1. Xolesistit- öd kisəsinin kəskin və xroniki ilthabı, ödün tərkibinin dəyişməsi, öd kisəsində durğunluq
2. Dişlərin düzəldilməsi zamanı plomb materialının, protezin, koronkanın düzgün seçilməməsi. Bəzi materiallar var ki, onlar ağızda olan PH mühitin dəyişdiyi üçün, ağızda acılıq və pis qoxu əmələ gəlir.
3. Lyambliyoz-parazitoz xəstəlik olub nazik bağırsağın fizioloji funksiyasının kəskin pozğunluğu ilə müşahidə olunur.
4. Qastrit-həzm sisteminin geniş yayılmış patalogiyası olub mədə divarında olan kəskin və xroniki iltihabla müşahidə olunur, sonda epitel hüceyrələrin atrofiyası ilə nəticələnir.
5. Stomatit-ağız boşluğu selikli qişasının iltihabı xəstəliyi.
6. 12 barmaq bağırsağın bəzi patalogiyaları zamanı öd möhtəviyyatının mədəyə tökülməsi zamanı.
7. Qaraciyər, öd kisəsi və öd yollarının durğunluğu ilə nəticələnən halları.
8. Qastroezofagial reflu xəstəliyi- mədə möhtəviyyatının qida borusuna və ağıza qayıtması nəticəsində.
9. Disbakterioz - Mədə və bağırsaqda həzm üçün lazım olan bakterial floranın az və ya olmaması nəticəsində həzm prosesinin funksional pozğunluğu.
10. Çox az hallarda ağızda acılıq qanda şəkərin miqdarı artdıqda, hamiləlik zamanı hormonal pozğunluq zamanı , bəzi dərman maddələrinin, məsələn, antibiotik qəbulu zamanı.
Əgər ağızda acılığın səbəbi tapılmırsa,onda aşağıdakı qaydalara əməl etmək vacibdir:
1) Siqaret qəbulunu azaltmaq və tam kəsmək;
2) Qida qəbulunu azaltmaq, tez-tez və az miqdarda yemək;
3) Bağırsaqları detoksikasiya etmək və təmizləmək;
4) Bağırsaq mikroflorasını prebiotik qəbulu ilə normallaşdırmaq;
5) Əgər parazit (ibtidai və ya qurd) varsa, vaxtında müalicə olmaq;
6) İstirahət və yuxu rejimini normallaşdırmaq, stressi azaltmaq, idmanla məşğul olmaq, təmiz havada olmaq (nevroloji və psixi mənşəli olduqda müsbət nəticə verir);
7) Çox yağlı və ağır qidadan uzaq olmaq, ədva, acılı və hisə verilmiş ərzaqlardan minimum istifadə və ya imtina etmək.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 748
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri