Evdə çiçəyə baxmaq üçün 6 TÖVSİYƏ

Müəllif: Diablo
Şərhlər: 6
Baxılıb: 2 244
Səs ver:
(səs: 1)
Evinizdə çiçək böyütməyi sevirsinizsə, onların daha uzun yaşamaqları üçün sağlam bir mühit yarada bilərsiniz.

Çiçəklərə qulluq asan iş kimi görünsə də, əslində olduqca çətindir. Əgər baxdığınız çiçəklərin daha uzunömürlü olmasını istəyirsinizsə, bu tövsiyələrə əməl etməlisiniz.

Beləliklə, sizə çiçək baxımı üçün 6 qızıl qaydanı təqdim edirik.

1) Nəmlik səviyyəsini qiymətləndirin
Mövzu ev bitkiləri olduqda mütləqdir ki, evin nəm səviyyəsinə uyğun çiçək seçəsiniz. Məsələn, tropik bitkilərin nəmə daha çox ehtiyacı var. Əgər nəmişlik səviyyəsi aşağı olan yerdə yaşayırsınızsa, dibçəyin dibinə çınqıl tökmək və ya dibçəyi su dolu qabın içinə qoymaq lazımdır.

2) Həddindən artıq sulama və drenaj
Çox sulandıqda və ya mütəmadi olaraq qurudulmadıqda, bitkilərin kökləri çürüməyə başlayır. Daşlar və digər qurutma vasitələri tarazlığı qorumağınıza kömək edir.

3) Gün işığı
Su qədər günəş də bitkinin yaşaması üçün olduqca vacibdir. Çiçəklərinizi evinizin gün işığı düşən hissəsinə qoyun. Növlərindən asılı olaraq birbaşa günəş işığı və ya kölgə tələb edən çiçəklər var.

4) Gübrələr
Çiçəklərinizə çox gübrə vermək onların sürətli böyüməsinə səbəb olur. Hətta dibçəyi dəyişməyə ehtiyac yarana bilər. Bu səbəbdən də gübrələmə əsasən yaz aylarında 3 dəfə olmaqla aparılmalıdır.

5) Çiçəklərinizi diqqətli seçin
Əgər bitkilərinizə çox vaxt ayıra bilmirsinizsə, fikrinizi asan baxılan növlərə yönəldin. Məsələn, aloe vera az baxım tələb edən bitki növüdür.

6) Çox tez-tez yerlərini dəyişməyin
Ev heyvanları kimi bitkilər də yer dəyişdirməyi sevməzlər. Onlar üçün uyğun işığı tapdıqdan sonra yerlərini dəyişməmək məsləhət görülmür.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 244
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri