Təlqinlə bədəni gücləndirin

Şərhlər: 4
Baxılıb: 708
Səs ver:
(səs: 0)
Affirmasiya (lat. affirmatio - təsdiq etmə) - müəyyən qısa verbal ifadənin dəfələrlə təkrarlanması yolu ilə insanın təhtəlşüurunda tələb edilən obrazın, yaxud fikrin möhkəmləndirilməsi və psixoemosional fonun yaxşılaşdırılması, həyatda müsbət dəyişikliklərin stimullaşdırılması deməkdir.

Bionergetiklər xüsusilə indiki dövrdə sağlamlığın qorunması ilə bağlı bir neçə affirmasiyaları həyata keçirməyin vacibliyini vurğulayır. Bu affirmasiyalar özünəəminlik yaradır, qorxu və stress nəticəsində meydana çıxan xəstəliklərin yaranmasının qarşısını alır. Sözsüz ki, bu da yeni növ koronavirus pandemiyası ilə effektiv mübarizə aparmağa yardım edir.
Affirmasiyanı ürəkdə və ya ucadan oxumaq, dəfələrlə yazmaq, hətta mahnı kimi oxumaq mümkündür. Gəlin onları nəzərdən keçirək...

• Bədənimin bütün orqanları mükəmməl işləyir.
• Bədənimdəki bütün hüceyrələr daim yenilənir və hər gün daha sağlam olur.
• Gənc və sağlam bədənimi sevirəm.
• Bədənim idealdır, özünü müalicə edən bir mexanizmdir.
• Bədənimin hər hüceyrəsini sevirəm.
• Hər gün daha sağlam olur və güclənirəm.
• Bədənim tez sağalır.
• Səhhətim əla, bədənim gəncdir.
• Düşüncələrim təmiz, bədənim isə sağlamdır.
• Bədənimin hər hüceyrəsi enerji və sağlamlıq yayır.
• Bədənimi sevirəm və hörmət edirəm.
• Sağlam olduğum hər günə şükür edirəm.
• Sağlam qida həyatımın ayrılmaz hissəsidir.
• Bədənim gündən-günə cavanlaşır, daha güclü və sağlam olur.

Yadda saxlayın ki, affirmasiyanın təkrar edilməsi nəticəsində əldə olunan effekti maksimallaşdırmaq məqsədilə aşağıdakı qaydalara riayət edilməlidir:

Fikir indiki zamanda və fakt şəklində formalaşdırılmalıdır. Yalnız pozitiv fikirlərdən istifadə edilməlidir, neqativ fikirlərdən isə yayınmaq tələb edilir. Affirmasiya qısa, eyni zamanda parlaq və obrazlı şəkildə ifadə edilməlidir. İkimənalı sözlərdən və aydın olmayan anlayışlardan istifadə edilməməlidir. Fikir konkret ifadə edilməlidir. Affirmasiya insanın fərdi xüsusiyyətlərinə uyğun olaraq seçilməlidir, özünəinam hissi aşılamalıdır.
(səs: 0)
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 766
Xəbər sayı: 0
Fulin
Maraqlı məlumatdır. Oxumaq xoş oldu:)

Təşəkkür⭐
28 iyul 2020 23:59
4
'- Sıkılırsan güneşten,, gece oluruz erkenden..
Şərh sayı: 4942
Xəbər sayı: 48
fiyonik
Bu el arasında Pollyanacılığ oynamağdı. Her çetinliye pozitiv üz göstermek. Men arada edirem. Özümü motivasiya edirem bele. İşe de yarayır. Marağlı melumatdı. Teşekkürler
27 iyul 2020 19:50
3
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Şərh sayı: 1448
Xəbər sayı: 0
♡iLK NUR♡
Doğru məlumatdı. Bədənimizi telqin eləmeliyik
Təşəkkürlər
27 iyul 2020 17:58
2
⚘⚘⚘İlk Nur ⚘⚘⚘
Şərh sayı: 81102
Xəbər sayı: 30
BARBI
Ozunu u daim telqin edin.Hemise bedeninizi sevin ozunuzu guclu bilin.Bu cox onemlidir
27 iyul 2020 17:01
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri