Xalçaları necə təmizləməli? - Duz, sirkə və daha nələr...

Müəllif: my_angel
Şərhlər: 6
Baxılıb: 2 847
Səs ver:
(səs: 0)
Yay aylarında qışa hazırlıq işlərinin içində xalça yuma da yer alır. Bu ən vacib təmizlik işlərindən biridir. Çünki xalça evdə istifadə olunan və daha çox kirlənən əşyadır. Onun növbəti qışa təmiz saxlanılması vacib məsələlərdəndir. Xalçaların bir neçə yuma üsulları vardır və bu üsullar xalçanın növünə görə dəyişir. Xalçaları təmizləyərkən onların zədələnməməsinə də diqqətlə yanaşmaq lazımdır. Düzdür son dövrlərdə xalça yuma ilə bağlı xidmət sahələri fəaliyyət göstərsə də, ancaq insanların böyük əksəriyyəti hələ də öz əllərilə xalçalarını yumağa üstünlük verilər. Xalçaların təmizlənməsi, yuyulması o qədər də çətin deyil.

Krem rəngli xalçanıza qəhvə tökülə bilər və ya təkcə gündəlik yığılan çirklər və tozlar da ola bilər. Səbəbi nə olursa, olsun xalçaların baxılmasına və təmizliyə ehtiyacı var. Xalçadakı ləkələri suya qarışdırılmış xalça şampunu və sərt tükləri olan fırçanın köməkliyi ilə təmizləyə bilərsiniz.

Xalça təmizləmə tozunu xalçanın üzərinə eyni miqdarda səpin. Təxminən 30 dəqiqə tozu xalçanın üzərində saxlayın. Bütün gecə saxlasanız daha təsirli olacaq.Bu müddət ərzində içində səpilən toz xalçadakı çirkləri yumşaldacaq və qoxuları aradan aparacaq. Daha sonra tozsoranla təmizləyin.

Xalça şampunu da xalçaların yuyulmasında istifadə olunan digər alternativ üsuldur. Bunun üçün ilk növbədə xalça şampununun istifadəsilə bağlı təlimatına diqqət etmək lazımdır. Şampunu su ilə qarışdırmadan əvvəl təlimatını mütləq oxuyun. Ümumiyyətlə bu cür təmizlik məhsullarının suya qarışdırılması mühümdür.

Xalçanızı çox islatmayın, çoxlu yuyucu toz da əlavə etməyin, çünki bu cür xalçanın quruma müddətini də uzatmış olacaqsınız. Gec təmizlənən ləkələrin üzərinə sərt tüklü fırça istifadə edərək, sürtün. Xalçanı qurumağa qoyun. Quruduqdan sonra, şampun qalıqlarını tozsornala süpürün.

Bəs təbii yollarla xalçaları necə təmizləmək olar?

Mətbəxdəki məhsullardan istifadə etməyi sevirsinizsə, sizin üçün bəzi tövsiyələr verə bilərik. Mineral suyun ləkə təmizləmə məsələsində təsiri aşkar bir həqiqətdir, amma təzə ləkələr üçün duz istifadə etmək də yaxşı seçimdir. Soda xalçanın tüklərinə hopmuş pis qoxuları da təmizləyir. Yeni təmizlik metodlarını tətbiq etməzdən əvvəl, ilk növbədə bunu xalçanın görünməyən bir hissəsində sınaqdan keçirməyi unutmayın.

Ləkələri quruyub xalçaya yapışmadan əvvəl təmizləmək ən yaxşı üsuldur. Ləkə hopduraraq təmizləməməlisiniz, yəni sürtərək silmək ləkənin xalçaya daha çox yayılmasına səbəb olacaqdır. “Xalça ləkəsi nə ilə təmizlənə bilər?” soruşursunuzsa, yuyucu tozların istifadə edə bilərsiniz və ya ləkənin növünə görə aşağıdakı üsulları tətbiq edə bilərsiniz:

Saqqız kimi yapışqan maddələrin üzərinə buz qoyub ləkənin sərtləşməsini təmin etməklə təmizlənməsini daha asanlaşdıracaqsınız.

Qoxusu olan ləkələr üçün eyni miqdarda ilıq su və sirkə qarışdırın, daha sonra ləkənin üzərinə təmizlik bezilə sürtün.

Xalçaları ev şəraitində təmizləmək üçün müxtəlif təbii vasitələr də istifadə olunur. Məsələn,

Duz

Xörək duzu xalçaya qalın qatla səpilir, xalça süngər və ya şotka ilə yaxşı təmizlənir və sonra duz tozsoranla yığılır.

Sirkə

1 l su üçün 2 xörək qaşığı sirkə götürülür. Xalçanı sirkəli suda isladılmış süngər və ya şotka il yaxşı təmizləyin.

Su naşatır spirti ilə

1 l su üçün 1 x.q. naşatır spirti götürülür.

Sodalı su

1 l su üçün 2 xörək qaşığı soda götürülür. Sodanı suda həll edin və bu məhlulla xalçanı təmizləyin.

Sonda isə qeyd edək ki, əgər xalçalarınız evdə yumaq sizin üçün çətin prosses kimi görünürsə, bu zaman onların dərindən yuyulması üçün ən azı 6 aydan bir ixitsaslaşmış bir xalça yuma firmasına verilməsi lazımdır. Xalçanın necə yuyulduğunu dəqiq bilməyən avtomobil yuma yerlərindən çəkinmək lazımdır. Çünki bu yerlərdə xalçalarınız təmiz yuyulmamaqla yanaşı zədə də görə bilər.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 847
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri