D vitamininin günlük dozasını almaq üçün günün altında nə qədər olmaq lazımdır?

Müəllif: Ay_işığı
Şərhlər: 11
Baxılıb: 2 867
Səs ver:
(səs: 0)
D vitamini orqanizmdə çox böyük rol oynayır, bir çox proseslərdə həm vitamin, həm də hormon kimi iştirak edir.

D vitamini uşaq orqanizminin normal inkişafı və raxitdən qorunması üçün lazımdır;

- immun sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir - infeksion xəstəliklərdən qoruyur, antimikrob maddələrin sintezində iştirak edir, iltihab reaksiyalarını dəf edir;

- qan təzyiqinin tənzimlənməsində iştirak edir;

- aterosklerozun inkişafının qarşısını alır;

- beyində gedən bir çox proseslərdə iştirak edir;

- qığırdaq toxumasının dağılmasının qarşısını alır;

- ürək-damar xəstəliklərinin inkişafından qoruyur;

- bədəndə metabolik prosesləri sürətləndirir;

- kalsiumun mənimsənilməsini tənzimləyir.

D vitamini (D3, xolekalsiferol) dərimizdə gün şüalarının təsirindən sintez olunur. Lakin bunun üçün saatlarla günün altında “zaqar” almağa ehtiyac yoxdur. Əksinə bu ziyanlıdır. “Zaqar”dan sui-istifadə dəri xərçənginin əsas səbəbi sayılır. Həmçinin dəri nə qədər çox qaralırsa, D vitamininin sintezi də bir o qədər azalır.

D vitamininin günlük dozasını almaq üçün gün şüalarının altında 10-15 dəqiqə olmaq kifayətdir.

Bu zaman bütün bədənin açıq olması da vacib deyil, üz və əllərin açıq olması yetərlidir.
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 2 867
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri