Dadlı və yumşaq biskvitin sirləri

Müəllif: my_angel
Şərhlər: 13
Baxılıb: 2985
Səs ver:
(səs: 0)
Biskvitin hazırlanması kifayət qədər mürəkkəb işdir.

Bu işin müəyyən incəlikləri və qaydaları var. Bu qaydalara əməl etdikdə siz yumşaq, gözəl biskvit hazırlaya bilərsiniz.

1. Biskvit xəmiri hazırladıqda reseptdən kənara çıxmayın.

2. Biskvitin hazırlanmasında istifadə olunan məhsullar eyni temperaturda olmalıdır. Bu səbəbdən lazım olan məhsulları soyuducudan xəmir hazırladıqdan ən azı 1 saat əvvəl çıxardın.

3. Biskvit xəmirini hazırladıqda yumurtanın ağı və sarısı biri birindən ayrı çalınmalıdır. Bu səbəbdən siz yumurtanın ağını və sarısını ayırmağa bacarmalısınız. Yumurtanın ağına 1 damcı da olsun yumurtanın sarısı düşməməlidir.

4. Kərə yağını əritmək lazımdır. Xəmirə əlavə olunduqda yağ nə çox soyuq, nə də çox isti olmamalıdır.

5. Yumurtanın sarısı şəkər tozu ilə kütlə ağarana qədər çalınır.

6. Biskvit üçün istifadə olunan şəkər tozu çox narın olmalıdır. Bir çox evdar qadınlar şəkər tozunun lazım olan miqdarını əvvəlcədən qəhvə üyüdəndə üyüdürlər və yalnız bundan sonra istifadə edirlər.

7. Un mütləq ələnməlidir. Bu halda un hava ilə qarışır və xəmir zərif alınır.

8. Yumurtanın ağını çaldıqdan əvvəl 1 çimdik duz tökün.

9. Yumurtanın ağını çalmağa başlayanda əvvəl mikseri orta sürətdə qoşun, köpük əmələ gəldikdən sonra isə mikserin sürətini artırın.

10. Yumurtanın ağını yaxşı çalın. Düzgün çalınmış yumurta ağının üzərində bıçaqla xətt çəkdikdə xətt qalmalıdır.

11. Xəmirin bütün ingrediyentləri (un, yağ və s.) çalınmış yumurtanın sarısına əlavə olunur - əvvəl un əlavə olunur, sonra ərimiş yağ ehtiyatla tökülür və qarışdırılır.

12. Sonda xəmirə çalınmış yumurta ağı əlavə olunur. Bundan sonra xəmiri çox ehtiyatla, qabın dibindən yuxarıya doğru qarışdırmaq lazımdır. Xəmiri çox qarışdırmayın, əks halda xəmir yaxşı qalxmayacaq.

13. Hazır xəmiri dərhal bişirmək lazımdır. Gözləmək olmaz!

14. Sobanı qabaqcadan 180 C qədər qızdırmaq lazımdır. Biskvit xəmirini soyuq sobaya qoymaq olmaz. Əks halda biskvit qalxmayacaq.

15. Tavanın dibinə xüsusi kağız sərmək lazımdır. Tavanın qıraqlarına yağ sürtmək lazım deyil.

16. Tort üçün olan biskvit adətən 40 dəqiqə ərzində, rulet üçün olan nazik biskvit isə 10 dəqiqə ərzində bişirilir.

17. Sobanı yalnız bu vaxtın yarısı keçdikdən sonra açmaq olar. Əks halda biskvit yapıxacaq.

18. Tort üçün olan biskviti bişirdikdən dərhal sonra tavadan çıxartmaq olmaz. Gözləmək lazımdır ki, biskvit soyusun. Tavanı soyuq suda isladılmış əskiyə qoyun. Əksinə rulet üçün olan biskviti tavadan dərhal çıxartmaq və üzərinə içlik çəkib bükmək lazımdır.

19. Tort və ya piroq hazırladıqda biskvit bişirildikdən sonra ən azı 8 saat qalmalıdır. Bundan sonra biskvitə krem və s. çəkmək olar.
(səs: 0)
Şərhlər: 13
Baxılıb: 2985
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri