Ev şəraitində maye sabun hazırlayırıq

Müəllif: my_angel
Şərhlər: 3
Baxılıb: 2 419
Səs ver:
(səs: 0)
Maye sabun istifadədə çox rahat və gigiyenikdir.

Ev şəraitində adi təbii maddələrdən çox yaxşı və ucuz maye sabun hazırlamaq olar.

Lazım olanlar:
- 1 ədəd sadə uşaq sabunu (iysiz)
- 1 xörək qaşığı qliserin (apteklərdə satılır)
- 5 damcı limon efir yağı (istənilən digər efir yağını istifadə edə bilərsiniz)
- 8 xörək qaşığı çobanyastığı

Hazırlanması:
1. Otun üzərinə 8 stəkan qaynar su tökün, vam odda 1-2 dəqiqə ərzində qaynadın, oddan götürün, 1 saat dəmləyin, yaxşı süzün.

2. Sabunu sürtgəcin iri gözündən keçirin, süzülmüş dəmləməyə əlavə edin, odun üzərinə qoyun, qızdırın ki, sabun tam ərisin.

3. Alınmış mayeni soyudun, qliserin əlavə edin, qarışdırın.

4. Efir yağını əlavə edin, yaxşı qarışdırın. Maye sabun hazırdır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 419
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri