Evdə təbii və ziyansız diş pastası hazırlamağın YOLLARI

Müəllif: my_angel
Şərhlər: 3
Baxılıb: 2 563
Səs ver:
(səs: 0)
Marketlərdə satılan diş pastalarının tərkibində olan florid diş minasına və dişlərə olduqca ciddi ziyan vurur. Bunun əvəzinə evdə öz təbii diş pastanızı hazırlaya bilərsiniz.

Qeyd edək ki, evdə təbii diş pastası hazırlamaq üçün lazım olan məhsulları market və apteklərdən asanlıqla əldə etmək mümkündür.

Kokoslu diş pastası
1 x/q. kakos yağı
3-4 damla nanə yağı
3 x/q.karbonat

Nanə yağı verdiyi fərəhlik hissi ilə bərabər, ağız sağlamlığı üçün olduqca faydalıdır. Nanə yağı nəmləndirici, karbonat isə ağardıcı xüsusiyyətə malikdir. Hər üç məhsulu təmiz bir qabın içində, məcun halına gələnə qədər qarışdırıb, dişlərinizi fırçalayarkən rahatlıqla istifadə edə bilərsiniz. Tərkibindəki yağların ərimə ehtimalı olduğu üçün, pastanı arabir soyuducuya qoymağınız tövsiyə olunur.

Sarıköklü diş pastası
1 ç/q. sarıkök
1 x/q. qabartma tozu
Kokos yağı

Bu məhlul dişləri ağartmaqda olduqca effekti nəticə verir. Hazırlanma qaydası isə sadə və rahatdır. Hər üç məhsulu pasta halına gələnə qədər qarışdırıb rahatlıqla ağız sağlamlığınız üçün istifadə edə bilərsiniz.

Qozlu diş pastası
40 qram qoz qabığı
1 stəkan su

Antibakterial xüsusiyyətləri sayəsində qoz, dişlərinizi zərərli maddələrdən təmizləyəcək. Bu pastanı hazırlamaq üçün elə də çox şeyə ehtiyac yoxdur. 40 qram qoz qabığını, 1 stəkan suyun içinə töküb 20 dəqiqə qaynadın. Bir müddət suyun soyumasını gözləyin. Diş fırçanızı 10 dəqiqə bu qarışığın içində saxlayıb, daha sonra eyni su ilə dişlərinizi fırçalayın. Prosesi bir müddət təkrarladıqdan sonra yaranan fərqi hiss edəcəksiniz.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 563
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri