Limon qabığının gizli faydaları

Müəllif: my_angel
Şərhlər: 6
Baxılıb: 2 935
Səs ver:
(səs: 0)
Başda C vitamini olmaq üzrə sağlamlıq baxımından son dərəcə faydalı olan limonun əksəriyyətlə suyunu sıxıb qabıqlarını atırıq. Ancaq səhv edirik! Rəndələyərək şirniyyatlara istifadə etdiyiniz limon qabığında gizli faydalar var. Tədqiqatlar göstərir ki, limonun qabığı da şirəsi kimi antioksidan mənbəyidir. Limon qabığında olan polifenollar, vitaminlər, minerallar, lif, karotenoidler və efir yağları bir çox xəstəliyə qarşı qoruyur.

•Diş ətlərini gücləndirir
Limon qabığı, C vitamini əskikliyinə bağlı olaraq yaranan bir növ qanayan diş əti xəstəliyi olaraq bilinən skorbut xəstəliyinin əmələ gəlməsinin qarşısını alır. Limonda və qabığında olan C vitamini sayəsində skorbut yaranmır.

•Qaraciyərdə yağlanmanı azaldır
Pektin, efir yağları və PMF (polimetoksillənmiş flavonlar) sayəsində limon qabığı ümumi xolesterol səviyyəsini, trigliserid səviyyəsini və qaraciyər yağlarını azaldır.

•Bağırsaqları qoruyur
Limon qabığında olan pəhriz lifi bağırsaq funksiyalarını və bağırsaq sağlamlığını qoruyur. Bundan əlavə, limon qabığının tərkibindəki pektin də qəbizliyin qarşısını alır.

•Hüceyrə zədələnməsinin qarşısını alır
Yüksək antioksidan qabiliyyəti sayəsində hüceyrələrə zərər verən sərbəst radikalları zərərsizləşdirir. Bundan əlavə, limon qabığı antioksidan xüsusiyyətlərini göstərən yüksək vitamin C qabiliyyəti sayəsində DNT-nin zədələnməsinin qarşısını alır.

•Xərçəng riskini azaldır
Limon qabığı limonen və içərisindəki salvestrol Q10 sayəsində xərçəng hüceyrələri ilə mübarizə aparmağa kömək edir. Avstraliyada aparılan bir araşdırmada limon qabığının ağız, boğaz və mədə xərçəngi riskini 40-50 faiz azaltdığı göstərilib.

•Damar sağlamlığını qoruyur
Limon damar quruluşunu qoruyur və qabığındakı flavonoidlər olan hesperidin və naringin sayəsində laxtalanma riskini azaldır. Yüksək vitamin C sayəsində koronar arteriya xəstəliklərini azaldır.

Rəndələnmiş limon qabığını şirniyyatlarda istifadə etdiyiniz kimi ev şəraitində hazırladığınız içkilərdə də istifadə edin.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 935
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri