Artıq çəkidən azad olmağın unikal yolu

Müəllif: Diablo
Şərhlər: 3
Baxılıb: 2 605
Səs ver:
(səs: 0)
Saqqız çeynəmək arıqlamağı asanlaşdırmaqla yanaşı, ağız boşluğunun gigiyenasını da yaxşılaşdırır.

Qadınla.Com bu barədə Rusiya Səhiyyə Nazirliyinin ştatdankənar baş dietoloqu Antonina Stapodubovanın açıqlamasına istinadla xəbər yayır.

Onun sözlərinə görə, bəzi insanlarda müntəzəm saqqız çeynəməklə iştaha azalır. Eyni zamanda, çeynəmə zamanı kalori itirilir və təkrarlanan hərəkətlər emosional vəziyyəti sabitləşdirməyə kömək edə bilir.
Bundan başqa, saqqız tüpürcəyi stimullaşdırır, tüpürcək qida zibilini "yuyur" və ağız boşluğunda bakteriyaların çoxalmasını dayandırır. Bütün bunlar diş çürüməsinin qarşısını alır və nəfəsi təravətləndirir.

Bununla yanaşı, çox tez-tez və uzun müddət saqqız çeynəmək zərərli ola bilər. Bu, artikulyasiyanın pozulmasına, kariyesin inkişafına, plombların, vinir və implantların zədələnməsinə səbəb ola bilər.
Dietoloq 10-20 dəqiqə və gün ərzində ümumilikdə yarım saatdan çox olmamaq şərtilə şəkərsiz saqqız çeynəməyi tövsiyə edir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 605
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri