Stress və əsəb immun sistemini zəiflədir- NƏ ETMƏLİ?

Müəllif: Diablo
Şərhlər: 6
Baxılıb: 2 096
Səs ver:
(səs: 1)
Hazırda insanların beyninə bir fikir hakim kəsilib – tuğyan edən virus infeksiyasından necə qorunaq? Yaşlı valideynləri necə izolyasiya edək? Artıq evdə, ailədə xəstələnən varsa, özümüzə nə kimi profilaktik tədbirlər görək? Uşaqlar yoluxmazmı? Qapalı məkanda uşaqları nə ilə məşğul edək? Maliyyə durumumuz necə olacaq?

Bütün bu sual yükünün altında qalan insan xroniki stress yaşaması qaçılmazdır. Bununla yanaşı, hipodinamiya, qeyri-düzgün qida seçimi, yəni şəkərli-unlu qidalara üstünlük, yanlış qidalanma və yuxu rejimi də vəziyyəti bir az da gərginləşdirir.

Məlumdur ki, mövcud infeksiya zamanı əsas aparıcı qüvvə immun sistemidir. Məhz immun sistemi hüceyrələri törədicinin inkişafını dayandırır və onun orqanizmdən xaric edilməsini təmin edir.

Məhz stress zamanı orqanizmin 3 tənzimləyici qüvvəsi olan sinir, endokrin və immun sistemlərinin birliyi və qarşılıqlı əlaqəsi qabarıq şəkildə nəzərə çarpır. Bu zaman immun –neyroendokrin əlaqələrinin aktivliyi dəyişərək, hormonal disbalansa səbəb olur.

Təəssüf ki, davamlı stresdən qaçmaq hər zaman mümkün deyil. Amma orqanizmin stresə qarşı reaksiyasını normallaşdırmaq və onun yaratdığı pozulmaları aradan qaldırmaq mümkündür.

1. Tədqiqat zamanı müşahidə altında olan uşaqlarda streptokokk və yuxarı tənəffüs yollarının infeksiyası aşkarlanandan iki həftə əvvəl, onların ailələrində həyəcan yaradan hadisələrin sayının 4 dəfə artdığı qeyd edilmişdir. [www.ncbi.nlm.nih.gov/pubmed/6446472]. Bunun üçün stresi yaradan faktorları azaltmaq lazımdır.

2. Kliniki tədqiqatlar vasitəsi ilə sübut edilmişdir ki, yuxu pozulması və çatışmazlığı immunitetin funksiyasını azaldır, (ncbi.nlm.nih.gov/pubmed/8621064 ncbi.nlm.nih.gov/pubmed/6985367 ncbi.nlm.nih.gov/pubmed/6984725/) bu, daha tez-tez KRVİ ilə xastələnmələrə səbəb olur. Bərpaedici yuxu olmayana qədər immun sistem normal fəaliyyət göstərə bilməz. Hətta gecənin yarısına qədər yuxusuz qalmağınız növbəti günə olan immuniteti azaldır (ncbi.nlm.nih.gov/pubmed/8621064)

Çalışın vaxtında yatağa girin və yatmamışdan 1-2 saat qabaq mobil vasitələrə və televizora baxmayın. Özünüzü yatmağa hazırlayın. Ətrafınızdaki səsləri minimuma endirin, çalışın tam qaranlıq şərait yaradın.Yuxu çatışmazlığını aradan qaldırın.

3. Stresi və əsəbi gərginliyi aradan qaldırmağa kömək etmək üçün bir sıra təbii sakitləşdirici preparatlar mövcuddur. Bu preparatların üstünlüyü onların öyrəşmə verməməsi və orqanizmə əlavə təsirlərin minimum olmasıdır.

Bunlardan biri Almaniyanın HEEL şirkətinin istehsal etdiyi Neurexan preparatını misal göstərmək olar. Neurexan preparatı biotənzimləyici təsiri hesabına sinir sistemini sakitləşdirir, fizioloji yuxu ritmini bərpa edir, qanda stress hormonunun miqdarını tənzimləyərək orqanizmin stresə qarşı reaksiyasını normallaşdırır:
beləliklə, yuxusuzluğu, qorxunu, həyəcanı, narahatlığı, nigaranlığı, tez özündən çıxmanı və s. aradan qaldırır.

Neurexan preparatının heç bir əlavə təsiri, əks göstərişinin olmaması, gündüz yuxululuq verməməsi və asılılıq yaratmaması onu uzun müddət istifadə etməyə imkan verir. Həmçinin Neurexan-nı bütün yaşlarda istifadə etmək olar. Tablet dilaltı olması və ağızdan sorulması onun istifadəsini rahat edir. Neurexan - 1 tab gündə 3 dəfə olmaqla dil altına qoyulur, yeməkdən 30 dəq əvvəl və ya 1 saat sonra. Güclü streslər və kəskin hallar zamanı hər 0.5 – 1 saatdan bir 12 saat ərzində dilaltına qoyulmalıdır
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 096
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri