Maye sabunlardakı təhlükə - Təmizlənərkən canınızdan olmayın

Müəllif: Diablo
Şərhlər: 3
Baxılıb: 1 316
Səs ver:
(səs: 0)
İnsanların etibarlı gigiyenik vasitə kimi istifadə etdiyi antibakterial sabunlar heç də təhlükəsiz deyil.

Yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün fərdi təmizliyə və əl təmizliyinə çox diqqət etmək lazımdır.

Qadınla.Com xəbər verir ki, mütəxəssislər antibakterial sabunların insan sağlamlığına vurduğu zərərləri açıqlayıb.

Tərkibində zərərli maddələr var
Antibakterial sabunun normal sabun və sudan daha təsirli olduğuna dair hələki yetərli sübut yoxdur. Əksinə aparılan araşdırmaların nəticələrinə görə, əksər diş məcunu, dezodorant və maye antibakterial sabun istehsalında geniş istifadə edilən triklosan maddəsi insan orqanizmi üçün zərərlidir.

Mikrobların qarşısını almaq üçün istifadə edilən triklosan maddəsinin əzələ funksiyaları və skelet quruluşuna mənfi təsirləri var. Bu maddədən ifrat dərəcədə istifadə orqanizmin təbii bakteriyalarının məhvinə, insan bağırsağında mikrofloranın dəyişməsinə, uşaqlarda allergiya və ekzemaya səbəb olur. Bundan başqa triklosan embrionların inkişafını də mənfi təsir edir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 316
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri