Yataq otağı necə səliqəyə salınmalıdır?

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 2 166
Səs ver:
(səs: 1)
Dağınıqlıq yataq otağını çox dolu göstərir. Əgər istifadə etmədiyiniz geyim, ya da aksesuar kimi şeyləri yığırsınızsa, yeni bir şey almazdan qabaq köhnəni uzaqlaşdırmaq prinsipini istifadə edə bilərsiniz. Nəzərə çarpan bir dəyişiklik üçün istifadə edilməyən, köhnəlmiş, ya da evin başqa otağında qala biləcək şeyləri otaqdan çıxarmalısınız. Bu, köhnə bir köynək də ola bilər, bir abajur da.

Sevdiyiniz yataq otağı aksesuarlarından başqa istifadə etmədiyiniz heç nəyə otağınızda yer verməyin. Evin daha çox istifadə etdiyiniz hissələrində göz önündəki dağınıqlıqdan xilas olmaq üçün yataq otağını bir depoya çevirməyə başlamısınızsa, buna bir son qoymalısınız.

Növbəti mərhələdə yataq otağında saxlamaq istədiyiniz kitab, geyim, eynək kimi əşyaları siyirmələrdə saxlayın. Əgər siyirmələri səliqəyə salmağınıza baxmayaraq orada da yer yoxdursa, divar rəfi istifadə edə bilərsiniz. Bütün əşyaları səliqəyə saldıqdan sonra yerləri təmizləyin. Geyim şkafını və siyirmələri gözdən keçirin. Ən az 6 aydır geyinmədiyiniz dar və böyük olan geyimləri ayırın. Qalanları qatlayın.

Eyni tip geyimləri qruplaşdıraraq yenidən yerləşdirin. İstifadə etmədiklərinizi isə ehtiyacı olan insanlara verə bilərsiniz. İçində olduğunuz fəslə uyğun geyimləri göz önünə çıxarın və digər fəsillərin geyimlərini xurcunlara yığaraq geriyə yerləşdirin.

Böyük marketlərdən geyim və aksesuarlara uyğun dizayn edilmiş qutular ala bilərsiniz. Ayaqqabı qutuları, aksesuarlar üçün siyirmədaxili qutular, kəmərlər üçün asılqanlar belə vaxtlarda köməyinizə gələcək. Boş çamadanlarınız varsa, boş saxlamaqdansa, uzun müddət istifadə etməyəcəyiniz əşyaları onların içərisinə yerləşdirə bilərsiniz.

Yatağınızı hər gün səliqəyə salın, çirkli paltarları səbətə atın istifadə etdiyiniz əşyaları hər istifadədən sonra müəyyənləşdirdiyiniz yerlərinə geri qoyun. Bütün bunları vərdiş halına gətirdikdən sonra hərəkətlərinizin avtomatikləşdiyini gördükcə özünüz də təəccüblənəcəksiniz.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 166
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri