Skolioz necə müalicə olunur?

Müəllif: Diablo
Şərhlər: 2
Baxılıb: 1 614
Səs ver:
(səs: 0)
"Skoliozun dərəcəsi imkan verirsə, mümkün qədər əməliyyatsız müalicə təyin olunur".
Qadınla.Com bildirir ki, bunu həkim-fizioterapevt Səidə Kərimova açıqlayıb.
Mütəxəssis bildirib ki, müayinədən sonra sizə və ya uşağınıza idiopatik skolioz diaqnozu qoyulubsa, müalicə üsulunu seçərkən bir çox məqamlara fikir vermək lazımdır. Bu zaman öncə onurğada əyriliyin dərəcəsi və pasiyentin yaşına diqqət edilir.
Onun sözlərinə görə, skoliozun dərəcəsi imkan verirsə, mümkün qədər əməliyyatsız müalicə təyin olunur. Müalicə əsasən xüsusi idman hərəkətlərindən ibarət olur.
S.Kərimova bildirib ki, əsas müalicə üsulu alman mütəxəssisi Katarina Schroth tərəfindən hazırlanmış Schroth müalicəsidir. Hazırda Avropada, ABŞ-da, İsrail və digər ölkələrdə skolioz xəstəliyinin müasir Schroth metodu ilə müalicəsi geniş istifadə olunur: "Mən skolioz xəstəliyinin müasir Schroth metodu ilə müalicəsində 3D idman hərəkətlərindən, xüsusi tənəffüs texnikasından istifadə edirəm.
Skolioz xəstəliyi zamanı onurğanın əyriliyi ilə yanaşı, insanda skolioz qaməti formalaşır. Bədəndə əyriliyə uyğun yaranan bu qamət vərdişi əyriliyin daha da artmasına səbəb olur. Çox vaxt uşaqlar oturanda əyilirlər. Əzələ korseti zəif olduğuna görə və bu cür oturuşa vərdiş yarandığı üçün belə olur. Schroth metodu ilə müalicədə bu səhv vərdişi - skolioz qamətini aradan qaldıran hərəkətlərdən istifadə olunur. Skolioz qaməti hər yaş kateqoriyasında ola bilər və həmin idman hərəkətlərindən həm uşaqların, həm də böyüklərin müalicəsində istifadə olunur".
Fizioterapevt qeyd edib ki, korset təyin etdikdə pasiyentin yaşı və xəstəliyin dərəcəsi qiymətləndirilir: "Əməliyyat yalnız xəstəlik konservativ müalicəyə cavab vermədikdə və yuxarı dərəcəli skoliozlarda təyin oluna bilər. Əgər uşaqda skolioz 45-50° dərəcədən yuxarıdırsa və sümüklərin inkişaf dövrü davam edirsə, o halda pasiyenti spinal cərrahın məsləhətinə yönəldirik. Əməliyyat travmatik və ağır olduğuna görə, xəstəliyin erkən diaqnostikası və əməliyyatsız müalicəsi çox önəmlidir".
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 614
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri