Günvurmadan özümüzü necə qoruyaq? - MƏSLƏHƏTLƏR

Müəllif: Lalə B.
Şərhlər: 1
Baxılıb: 465
Səs ver:
(səs: 0)
Son günlər havaların isti keçməsi ilə bağlı günvurma halları çoxalıb. İsti hava şəraiti səbəbindən insanların hərarəti 38-39 dərəcəyə qalxır.

Bu sözləri terapevt Sübhan Hacıyev son zamanlar günvurma hallarının artması haqda danışarkən deyib.

O bildirib ki, günvurma halları əsasən, insanlar gün altında 20 dəqiqədən çox gəzən zaman baş verir:

"Günvurma saat 13-17 arasında - açıq havada və yaxud çimərlikdə olarkən baş verir. Günvurmadan qorunmaq üçün baş nahiyyəsini örtülü saxlamaq lazımdır. Başın gün işığı ilə birbaşa təması olmamalıdır. Günlük, çətir, kepka yoxdursa, dəsmal və ya yaylıqla qorunmaq lazımdır. Gün ərzində 2-4 litr sadə su içilməlidir, çünki günvurma orqanizmdə susuzluq yaradır və qanı qatılaşdırır. Bu, ölümə gətirib çıxara bilər".

Qeyd edək ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, iyunun 22-29-da 19 nəfəri gün vurub.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 465
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri