Sizin üçün təhlükəli olan və sizin bilməyib əməl elədiyiniz 7 vərdiş

Müəllif: Lalə B.
Şərhlər: 3
Baxılıb: 2079
Səs ver:
(səs: 0)
1. Vitaminlərin qəbulu
Multivitaminlərin və bioloji aktiv maddələrin qəbul edilməsi orqanizmin xəstəliklərə yaxalanma riskini azaltmır. Bu dərmanlar insanın yaddaşını və əmək qabiliyyətini yüksəltmir. Bu nəticəyə Amerikada 450 000 adam üzərində aparılan araşdırmalardan sonra gəliblər. Araşdırmalar hətta vitaminlərin qəbulunun orqanizm üçün zərərli ola biləcəyini qeyd edirlər.

2. Tərkibində spirt olmayan antibakterial gel
Antibakterial gellər əllərdə olan müxtəlif növ bakteriya və virusların məhvinə səbəb olur. Amma, tərkibində 60%-dən az spirt olan gellər effektli hesab edilmir. Onıar əlləri təmizləmir, sadəcə olaraq qoxunu aradan qaldırır.

3. Duzun miqdarını azaltmaq
Mütəxəssislər gün ərzində qəbul edilən duzun miqdarının azalmasının orqanizm üçün zərərli olmağını söyləyirlər. Bəzi mənbələr çox duz qəbul etməyin orqanizm üçün zərərli olduğunu deyirlər, amma, gün ərzində 3 qramdan aşağı miqdarda duz qəbulu müxtəlif patologiyaların əmələ gəlməsinə səbəb olur.

4. Orqanizmin detoks edilməsi
Detoks dieti vasitəsilə çoxları orqanizmdən toksinlərin xilas olmağına çalışır. Mütəxəssislər isə orqanzmin özü-özünü təmizləmək qabiliyyətinin olduğunu söyləyirlər. Əgər orqanizmin böyrəkləri və qaraciyəri sağlamdırsa, o zaman detoks çayına heç bir ehtiyac yoxdur.

5. Təbii meyvələr
Xarici ölkələrdən gətirilən və üstünə " bio" yazılan meyvələrin bioloji təmiz olmasına inanmayın və belə meyvələri qəbul etməkdən çəkinin.

6. Ultradalğalı soba
Ultradalğalı sobada yemək isitmək qidanın tərkibinin korlanmasına sbəb olur. Yeməyinizi isidərkən qaz və ya işıq piltəsindən istifadə edin.

7. Yağlı qidalar
Mütəxəssislər yağdan tamamilə imtina etməyin orqanizm üçün təhlükəli olduğunu söyləyirlər. Yağlar, karbohidratlar orqanizm üçün əvəzolunmazdır. Amma, pəhriz saxlamaq adı altında tərkibində yağın miqdarı çox olan meyvələrdən istifadə eləmək çox zərərlidir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2079
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri