Ilaxir çərşənbə və Novruz Falları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 89 833
Səs ver:
(səs: 14)
 Yumurta və karandaşlar.
 Axır çərşənbə günü ağacın altına bir yumurta, iki qara və qırmızı karandaş qoyulur və arzu tutulur. Səhər həmin yumurtanın üstündə xətt olur. Əgər qırmızı karandaşla xətt çəkilibsə, arzu yerinə yetir, əgər qara çəkilibsə yerinə yetməyəcək.

***
 Duzlu kökə yemək.
 Axır çərşənbə axşamı gec yatırlar. Yatanda isə əvvəlcədən hazırlanmış duzlu kökə yeyib yatırlar, su içmirlər. Gecə yuxuda sənə içməyə kimsə su verir. İnanclara görə həmin su verən adam yuxu görənin qismətidir.

***
 Neçə yaşında gəlin köçəcəksən?
 Axır çərşənbə cavan qızlar bir qaba su tökürlər. Saçlarından tel qoparib, nişan üzüyünü saça taxırlar. Niyyət tutub, üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarına dəyir. Üzük neçə dəfə dəyirsə, sayırsan, demək, o yaşda gəlin köçəcəksən.

***
 Sevgilinin adı. 
 Paltara sap ilişəndə onu burub şəhadət barmagına dolaya-dolaya əlifba sırası ilə hərfləri sadalayırlar. Hansı hərfi deyəndə sap dolanıb qurtarırsa, sevgilinin adı o hərflə başlayacaq. 

 Alma falı. 
 Axır çərşənbədə alma yeyirlər, gecə isə həmin almanın toxumlarını sayırlar. On ədəd toxum dənəsini yastığın altına qoyub, yatırsan və yuxuda qismətini görürsən.

***
 Xeyir-Şər. 

 Ürəyində bir niyyət tutursan və naməlum sayda çöpləri düzüb, "xeyir”, "şər” deyib sayırsan. Əgər axırıncı çöp "xeyir” olarsa, məqsədinə çatacaqsan. "Şər” olarsa, ürəyində tutduğun arzuya nail ola bilməyəcəksən
 
 
 ***
 Başmaq falı.
 Axır çərşənbə axşamı qız ayağının sağ başmağını tutub qapı ağzında başının üstündən atır. Başmağın pəncə hissəsi üz üstə qapıya tərəf düşsə, həmin qız bu il nişanlanacaq.

***
 Sap falı. 
 Axır çərşənbədə nişanlanmış qızın nişanlısı tərəfindən nə qədər istənilməsini yoxlamaq üçün sapa bir neçə dəfə düyün vurub qıza verirlər ki, açsın. Qız aça bilsə, deməli, oğlan onu çox istəyir. Əgər aça bilməsə, deməli, əksinə

 Stəkan falı
 2 stəkan götürülür. Stəkanlardan birini seçib arzu tutursan başqa biri də stəkanların ikisindən birinə su tökməlidir. Əgər suyu arzu tutub seçdiyin stəkana tökərsə arzun yerinə yetəcək.
 
Novruz bayramı təkcə şirniyyat və yazın gəlişinə görə deyil, maraqlı və əyləncəli fallarına görə də çox sevilir. Novruz falları axır çərşənbədə subay qızlar tərəfində edilir. Bütün qızlar bir yerə toplaşır və maraqlı bir gecə təşkil edirlər. Təbii ki, o vaxtlar texnalogiya inkişaf etməmişdi, heç bir əyləncə məkanı fəaliyyət göstərmirdi. Gənclər isə vaxtı nə iləsə doldurmalı idi. Səməni, alma, güzgü, yumurta, duzlu kökə və digər fallar qızları əyləndirə bilirdi. Oğlanlar isə qapıya papaq atmaqla bayramı daha şən keçirə bilirdilər. Fallara marağı olan qızlar yazını mütləq oxusun. Bəlkə də gələcək həyat yoldaşının kim olduğunu müəyyən etmək oldu...

Novruz bayramında hər evdə səməni cücərdilməlidi. Və cücərdərkən niyyət tutmaq lazımdır. Əgər səməni göyərərsə niyyətin çin olacaq deməkdir.

Bayram günü və ya axır çərşənbədə müəyyən bir evə tərəf üz tutub getmək lazımdır. Amma əllərlə qulaqlar bağlı olmalıdı. Və yaxınlaşdıqda evə əlləri açıb ilk eşidilən 2-3 sözü yozmaq lazımdır.

Axır çərsənbədə qaba 1 yumurta, 1 qırmızı, 1 qara karandaş qoyulur. Səhər baxdıqda yumurtanın üzərində qırmızı cızıqlar olsa xoşbəxtlik, qara cızıqlar olsa bədbəxtliklə qarşılaşmaq deməkdir. Bu isə maksimum 4 il üçündür.

Axır çərşənbədə və ya bayramda 1 qaba su tökülür və şam götürüb yandırılır. Şamı suya tərəf əyirsən və neçə yaşın varsa, o qədər damcıladırsan suya. Alınacaq hərflə nişanlının adı yazılır.

Axır çərşənbədə cavan qızlar bir qaba su tökürlər. Saçlarından tel qoparıb, nişan üzüyünü saça taxırlar. Niyyət tutub, üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarına dəyir. Üzük neçə dəfə dəyirsə, sayırsan, demək, o yaşda gəlin köçəcəksən.

Axır çərşənbədə niyyət tutub, gözləyirlər. Kim qapını açıb içəri girsə, onun birinci sözünü niyyətə görə yozurlar.

Bayram günü ürəyində 1 arzu tutub səhərə qədər yatmırsan. Və ürəyində tutduğun arzu 5 ildən sonra gerçəkləşməlidir.

Bayram günü göy üzündə 7 ulduz saymaq və onların düzülüşünə baxmaq lazımdır. Göydə yaranan xəyali hərflə nişanlının adı başlamalıdır.

Yaxın adamın məclisindən bir neçə şirni götürüb, yatanda başının altına qoyursan. Üç gün keçəndən sonra öz qismətini yuxuda görəcəksən.

Axır çərşənbədə alma yeyirlər, gece isə həmin almanın toxumlarını sayırlar. On ədəd toxum dənəsini yastığın altına qoyub, yatırsan və yuxuda qismətini görürsən.

Axır çərşənbədə nişanlanmış qızın nişanlısı tərəfindən nə qədər istənilməsini yoxlamaq üçün sapa bir neçə dəfə duyun vurub qıza verirlər ki, açsın. Qız aca bilsə, deməli, oğlan onu çox istəyir. Əgər aça bilməsə, deməli, əksinə.

Bu fala da ilin axır çərşənbəsi baxırlar. Özü də bu fala qızlar baxa bilərlər. Qız sakit, heç kimlə danışmadan ləyənə su tökür. Əlinə bir böyük güzgü alır. Həmin güzgüdə aya baxır. Sevdiyi oğlanın şəklini qız görərsə bu onun xeyrinədir. Demək, təzə il onun üçün uğurlu olur, mətləbi həyata keçir. Bütün bu vaxt qız danışarsa, fal düz çıxmaz.

Ürəyində bir niyyət tutursan və naməlum sayda çöpləri düzüb, "xeyir”, "şər” deyib sayırsan. Əgər axırıncı çöp "xeyir” olarsa, məqsədinə çatacaqsan. "Şər” olarsa, ürəyində tutduğun arzuya nail ola bilməyəcəksən.

Axır çərşənbədə niyyət tutub, gözləyirlər. Kim qapını açıb içəri girsə, onun birinci sözünü niyyətə görə yozurlar.

İlin-ayın axırında (Novruz bayramından iki gün əvvəl) bulaqdan, yaxud çaydan axar sudan "lal su” gətirilir. Buna ona görə "lal su” deyirlər ki, bu suyu gətirməyə gedən şəxs su gətirəcəyi qabı əlinə götürəndən ta suyu gətirib evdə, iynə salınacaq qaba tökənəcən dinməməlidir (həmin su şər qarışandan sonra gətirilir və bu suyu gətirən şəxs bir neçə adam tərəfindən müşayiət oluna bilər).

Suyu qaba tökəndən sonra iki iynənin ulduzlu tərəfinə bir azca pambıq dolayır, birini qız, birini oğlan deyə fikirdə tutur (falı açılan şəxslər) və hərəsini bir tərəfdən üsulluca suya qoyurlar. Sonra həmin iynələrin hərəkəti ilə müəyyən mülahizələr söyləyirlər.

Qovuşacaq adamlarda iynələr müxtəlif səmtlərə hərəkət etsələr də axırda bir-birinə yaxınlaşıb bitişirlər. Əksinə olanda isə iynələr o tərəf-bu tərəfə hərəkət edir və bir-birinə qovuşurlar. Iynə suyun dibinə çökürsə - elə ilk dəfə qoyulanda, deməli, su "lal su” deyil. Su gətirən adam üstündə danışmışdır. O, heç olmasa, "a” deyə səs çıxarmışdır.

Qapı pusmaq

Axır çərşənbə günü, yaxud həftənin uğurlu günləri axşamçağı qonşuların qapısını kirimişcə pusurlar. Qapıya yaxınlaşərkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub, bəxt haqqında müəyyən mülahizələr söyləyirlər. (Bu səbəbdəndir ki, həmin günün axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur). Məsələn, ilk eşidilən sözlər "işığı yandır”, "yaxşı olacaq” və s. olarsa, hər şeyin yaxşı olacağı güman dilir. əksinə, "söndü”, "viran qalsın” və s. kimi sözlər eşidiləndə pis tərəfə yozulur.

Qeyd: Arvadxasiyyət bir kişi qulağa durmaqla qonşusunu boğaza yığıbmış. Bir gün (həmin "fal açılan” gün) qonşu görür ki, həmin kişi sakitcə pəncərənin qabağından keçdi. Qonşu hiss edir ki, o yenə qulağa dayanacaq. (Qapı pusmanı adətən qadınlar icra edərlər). Onun bu xasiyyətindən təngə gəlmiş qonşu, adəti pozub deyir:

- Əşi, bu soba zəhrimara qalmış sönüb, elə sönülü də qalacaq! Bir an keçmir ki, həmin kişi pəncərənin qabağından çox qanı-qara keçir...

Duzlu kökə yemək

Axır çərşənbə axşamı gec yatırlar. Yatanda işə əvvəlcədən hazırlanmış duzlu kökə yeyib yatırlar, su içmirlər. Gecə yuxuda (susuzluqdan) su görünür: içməyə kimsə su verir. Guya, həmin su verən adam yuxu görənin qismətidir.

Qeyd: Bir qızı iki oğlan sevirmiş. Bu falı yoxlamaq üçün həmin qız həmin bayramda duzlu kökə bişirib yeyir. Gecə yuxuda oğlanlardan biri ona su verir. Qız içir. Lakin susuzluğu keçmir. Yenə "su, su” deyir. Bu vaxt o biri oğlan su verir... Belə çıxir ki, qız onların iksinə də ərə getməli idi...

Deyilinə görə həmin qız ona birinci olaraq su verənə ərə gedir. Lakin hansısa qəzadan həmin qənc həlak olur. O biri oğlan dul qalmış qız ilə evlənir.

Çərşənbə axşamı otuzluq lampanın altına qıfılı bağlayıb qoyurlar. Niyyət edib gözləyirlər. Kim qapını açıb birinci evə girsə, onun birinci sözünü niyyətlərinə görə yozarlar.

Balığın çanaq sümüyünü övlad gözləyən gəlinin oğlu və ya qızı olacağını bilmək üçün iki barmağın ortasından atırlar. Arxası üstə düşərsə, qız, üzü üstə düşərsə oğlan olacağı gözlənilir.

İIlin axır çərşənbə günü niyyət tutub bağa getmək lazımdır. Bağdan bir çəngə ot qırırsan. Niyyət düzdürsə, səhərəsi gəlib görürsən ki, qırdığın otlar uzanıb əvvəlki kimi olub.

İlin axır çərşənbə gecəsi ürəyində niyyət tutursan. Bağda bir daşı qaldırıb altını təmizləyirsən. Niyyətin hasilə çatandan sonra, gəlib daşın altına baxırsan. Görürsən ki, daşın altında ot bitib.

İlin axır çərşənbə axşamı ana uşaqlarının başından tük qırır və axar suya atır. Bir qab həmin yerdən su götürür və uşaqlarının üstünə çiləyirsən. Guya ki, bu su təmizlik, sağlamlıq, paklıq gətirir. Həmin ili uşaqlar xəstələnmir.
 
 
P.S. Mən ilk dəfə universitetə qəbul ili qəbul olub, ola bilməyəcəyim niyyəti ilə qulaq falına çıxmışdım :09:  Qulaq falında qonşumuzgilin gülməsindən başqa bir şey eşitmədim və inandım ki, gülmək xeyirə işarətdir. Həmin il, yəni 2011-də mən universitetə qəbul oldum))
(səs: 14)
Şərhlər: 13
Baxılıb: 89 833
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri