Ev Təmizliyində Limon.

Müəllif: ayshen
Şərhlər: 1
Baxılıb: 3 348
Səs ver:
(səs: 2)

Limondan təkcə yeməklərimizdə deyil, həmçinin evimizin təmizliyində də istifadə olunduğunu bilirdinizmi. 
Limondan, mən sadəcə qida kimi qəbul edənlərdənəm deyirsinizsə, aşağıdakı yazıya da bir göz atın deyərdim. :) Faydasını mütləq görəcəksiniz..
Limonun ev təmizliyindəki faydaları:
1. Mebel parladıcısı:
Bir limonun yarısını 1 - 2 çay qaşığı zeytun yağı ilə qarışdıraraq mebellərinizi silin, parıldadığını görəcəksiniz.
2. Parlaq qablar:
Qab yuyan maşınınızı çalışdırmadan öncə bir limonu ikiyə bölərək yarısını qab yuyanın içinə yerləşdirin. Qablarınızın maksimum təmiz və parlaq olduğunu görəcəksiniz..
3. Sterilizə edin:
İstifadə etdiyiniz qurulama bezlərini qaynar suya qarışdıracağınız yarım limonun suyunda gözlədin. Bu üsul ləkə və kirlərin çözülməsi üçün ən yaxşı üsul hesab olunur.
4. Qoxulara qarşı:
Sarımsaq və soğan soyduqdan sonra əllərinizi limonlu suda saxlayın. Bu əllərinizdən xoşagəlməz qoxuların çıxmasına kömək edəcəkdir. Eyni zamanda kəsmə taxtanızı da limonla ovaraq həm pis qoxulardan, həm də bakteriyalardan təmizlənməsinə nail ola bilərsiniz.
5. Soba təmizləyici:
Xəmir işlərindən sonra yığılıb qalan qırıntıları təmizləmək üçün  soba qabına bir limonun suyunu sıxıb, üzərinə su əlavə edin.. Daha sonra sobanı 360 dərəcədə isidin.. Qabınızın təmizləndiyinin şahidi olacaqsız.









 
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 3 348
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri