Evdar Xanımlarımıza!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 058
Səs ver:
(səs: 0)

 Limon Suyu: Limon sərt və suyu çətin çıxırsa, kəsmədən əvvəl bir iki dəqiqə isti suya batırıb sonra kəsmək lazımdır. O zaman suyunun daha asan çıxdığını görəcəksiniz.

 

Rütubət: Normal otaqda belə duzqabı rütubətlənər, tökülməsi çətinləşər, dəlikləri tıxanar. Bunu önləmək üçün duzluğun içinə bir neçə düyü dənəsi atın, bütün rütubəti əməcək. Arada bir də dəyişdirməyi unutmayın.

 

Zibil Qutusu Qoxusu: Mətbəxinizdəki zibil qutusunun murdar qoxusundan xilas olmaq üçün qoxu aradan qaldırıcı olaraq tualetlərdə istifadə etdiyiniz dərmanlardan faydalana bilərsiniz. Zibilləri neylon torbayla qoymağı vərdiş halına gətirin. Dərmanı zibil qutusunun dibinə yerləşdirib üzərinə neylon torbanı qoyun.

 

İsti İçkilər: Şüşədən edilmiş bir kobud isti maye tökəcəksinizsə, qabın qırılmaması üçün tədbir almanıq lazımdır. İsti içkini içinə tökmədən əvvəl kobud kiçik bir qaşıq qoyun. Qabı yaş bir bezin üzərinə qoyun, sonra doldurun.

 

Yumurtanın Çatlamaması Üçün: Yumurtaları bişirəcəyiniz qabın içinə tərs çevrilmiş bir fincan qabı qoysanız, çatlamaları önləsəniz.

 

Doğranmış Soğanların Saxlanması: Doğranmış soğanları ağızı bağlı bir qaba dolduraraq soyuducuda bir neçə gün saxlaya bilərsiniz.

 

Soyuducu: Yeməkləriniz yaxşıca soyuduqdan sonra soyuducuya qoyun. Çox doldurmayın. Tıxa basa doldurulmuş bir şkafda soyuq hava yer dəyişdirə bilməz. Soyuducunun arxasını divara çox yaxınlaşdırmayın. Havanın gəzə bilməsi üçün kafi məsafə olması lazımdır.

Tərcümə Etdi: SeSSiZ_SuNaMi

 

 

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 058
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri