Toyuq ətinin ən faydalı qisimi…

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 7 186
Səs ver:
(səs: 4)
Mətbəxi imtina edilməz ləzzətlərdən biri olan toyuq əti, həm ucuz olması həm də fərqli damaq dadlarına xitab etməsi baxımından çox yeyilir.
Balanslı qidalanmanın qızıl qaydalarından biri olan toyuq əti yemək, sağlamlıq baxımından böyük üstünlüklər təqdim edir. Qida dəyərləri yüksək olan toyuq əti insanı tox tutması səbəbiylə də seçilir.
Toyuq əti və yumurta son dərəcə doydurucu qidalardır
Toyuq əti yağsız, zülal tərəfindən zəngin və liflərinin qısa olması səbəbiylə çeynənməsi və həzmi asan olan bir qida olub, ucuzluğu sayəsində bol miqdarda əldə edilən ət qaynağıdır.
Üstəlik qırmızı ətdəki xelesterol artırıcı xüsusiyyəti olmadığı və daha az yağ ehtiva etdiyi üçün pəhris siyahılarının başlarındandır. Toyuq ətinin yağı, dərisində olduğundan, dərisini yemədiyimiz təqdirdə 1-3% kimi son dərəcə aşağı yağlı ət yemiş olacağıq .
Toyuq ətinin fərqli bölgələri qidan dəyərləri baxımından fərqli xüsusiyyətlərə malikdir. Məsələn toyuğun bud əti, sinə ətinə görə daha çox B2 (riboflavin) və B1 vitamini (tiamin), daha az da pp (niasin) vitamini ehtiva edər. Toyuğun bud ətini, sinə əti ilə müqayisə etdikdə dəmir, sink da daha çoxdur.

Bostondakı Harvard Xalq Sağlamlığı Fakültəsindən bir qrup elm adamı, 26 il davam edən araşdırmalarının sonunda, toyuq əti qəbukl edilməsinin qadınlarda infarkt riskini yüzdə 19 nisbətində azaltdığını ortaya qoydu. Araşdırma nəticəsində ekspertlər ürək xəstəlikləri riskini azaltmaq üçün daha aşağı yağ ehtiva edən və zülal baxımından zəngin olan toyuq, balıq və fındıq qəbul edilməsini tövsiyə etdilər.
Ləzzətli və qidalandırıcı olması baxımından yeməklərdə də tez-tez istifadə etdiyimiz toyuq ətini xüsusi menyulara çevirəcək təriflərlə xüsusi dəvətlərinizi də bəzəyə bilərsiniz.
Toyuq əti mövzusunda diqqət yetirilməsi lazım olan tək nöqtə yeyərkən ətin təzə olmasına diqqət göstərməkdir. Ayrıca bişirdiyiniz toyuq ətini dərhal sonra yemənix yaxşıdır, mümkünsə istilətməyə gərək qalmadan istifadə edilməsi sağlamlıq baxımından daha əhəmiyyətlidir.

Tərcümə Etdi :NİGAR_CAVAD 
(səs: 4)
Şərhlər: 2
Baxılıb: 7 186
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri