++++++++Mətbəxdə xanımların işinə yarayacaq məlumatlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 462
Səs ver:
(səs: 0)
MEYVƏLƏRİNİZİN TƏZƏ QALMASI ÜÇÜN NƏ ETMƏLİ?
Meyvələrin arasına sərpiştirəcəyiniz hər hansı bir növdən yarpaqlar onları uzun müddət təzə
saxlayacaq.

ALMA SİRKƏSİ NECƏ HAZIRLAYA BİLƏRİK?

Soyulmuş alma qabıqlarını atmayın. Bir qaba qoyun, üzərini bağlayacaq qədər qaynadıb soyutduğunuz suyu əlavə edin. 2 şirin qaşığı toz şəkər qoyun. Ağızını bağladıqdan sonra ilıq bir yerdə bir müddət gözlədin. Sirkəniz olunca süzərək istifadə edin. Bu sirkə mədənizə zərər verməz.

YUMURTANIN TAVAYA YAPIŞMAMASI ÜÇÜN NƏ ETMƏLİ?

Hazırladığınız yumurtanın tavaya yapışmaması üçün , əvvəl tavayı ocağa qoyub yaxşıca istilədin ,
sonra yağı töküb isidin, daha sonra qarışığı tavaya alın və ocağın altını qısın.

TORTUNUZ ÜÇÜN PUDRA ŞƏKƏRİ LAZIM OLARSA NƏ ETMƏLİ?

Təmiz iki kağız arasına toz şəkəri qoyun. İstilətdiyiniz ütünü bu kağızın üzərində şəkərlər un halına gələnə qədər gəzdirin. Pudra şəkəriniz hazır olacaq.

KARTOF BİÇİRƏRKƏN NƏ ETMƏLİ?

Kartof bişirərkən sununa bir qaşıq sirkə qoyulsa həm rəngi sarı qalar həm də daha ləzzətli olar.

KARTOFUN CÜCƏRMƏSİNİ ÖNLƏMƏK ÜÇÜN NƏ ETMƏLİ?

Böyük miqdarda kartofunuz varsa torbanın içərisinə bir ədəd alma qoyun. 8 həftə boyunca
cücərməsini və büzüşməsini önləyər.

PENDİRİ ASAN RƏNDƏLƏMƏK ÜÇÜN NƏ ETMƏLİ?

15 dəqiqə buzluqda gözlətmək kafi olacaq.

BİŞƏN TƏRƏVƏZLƏRİN RƏNGİNİ İTİRMƏMƏSİ ÜÇÜN NƏ ETMƏLİ?

Bişirdiyiniz tərəvəzlərin rəngini itirməməsi üçün bir kəsmə şəkər ya da limon suyu qoyun.

PORTAĞALLARIN DAHA ÇOX SU VERMƏSİ  ÜÇÜN

Sıxılmadan əvvəl bir müddət soyuq suda gözlədilən portağallar daha çox su verər

 ALDIĞINIZ QƏHVƏNİN TƏZƏ QALMASI ÜÇÜN NƏ ETMƏLİ?

Aldığınız qəhvənin təzə qalmasını istəyirsinizsə, şüşə qaba boşaldıb, içinə 2 ədəd kəsmə şəkər atın. Ağızını möhkəmcə bağlayın. Qəhvənizin təzə qaldığını görəcəksiniz.

Tərcümə etdi:
PRETTY_GİRL
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 462
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri