Gənəgərçək yağının 6 faydası

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 4397
Paylaş:
Səs ver:
(səs: 4)
Gənəgərçək yağına demək olar ki, bütün apteklərdə rast gəlmək mümkündür. Amma nədənsə, ona heç fikir verən yoxdur. Halbuki, bu yağ bir çox problemləri həll etmək üçün əla vasitədir. Bu yağı həmişə əlinizin altında saxlasanız, peşman olmazsınız. Sizə gənəgərçək yağından istifadənin ən çox yayılan, bəlkə də çoxunuzun bilmədiyi 6 üsulunu təqdim edirik. 
1. Gənəgərçək yağını həftədə 3 dəfə kirpiklərinizə çəksəniz, onlar daha sıx və uzun olar.
2. Bu yağdan ziyillərin aparılmasında da istifadə olunur. Yatmazdan 20 dəqiqə əvvəl, gündüz və axşam olmaq şərtiylə yağı ziyil olan bölgəyə yaxşıca yeridin. Bunu bir neçə dəfə təkrar edin. Çox keçməz xeyrini görəcəksiniz.
3. Yağın döş gilələrinə çəkilməsi körpələrin südlə bəslənməsi dövründə anaların əziyyətini və ağrılarını azaldar. Döşdən süd ifrazını asanlaşdırar.
4. Əgər uşağın saçı seyrək və nazikdirsə, yatmazdan qabaq başını gənəgərçək yağı ilə masaj edin, səhər isə yuyun.
Bunu həftədə 2 dəfə, yaxşılaşma hiss olunduqdan sonra isə ayda bir dəfə təkrar edin.
5. İşdən yorğun gəlmisiniz. Ayaqlarınızın sızıltısına dözə bilmirsiniz. Gənəgərçək yağı burada da köməyiniz ola bilər. Axşamüstü ayaqlarınızı ilıq su ilə yuyub qurudun. Gənəgərçək yağı sürtüb, corablarınızı geyinin. Səhər dəriniz yumşalacaq, yorğunluq və ağrı hissi tamamilə yox olacaq.
6. Yağdan qabarların yumşaldılması üçün də istifadə etmək olar.

loading...
(səs: 4)
Şərhlər:
Baxılıb: 4397
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv