Yayı mükəmməl və gözəl ayaqlarla qarşılayın

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 884
Səs ver:
(səs: 2)
Yazın yaxınlaşması ilə dolablardan çıxan ayaqqabılar, mükəmməl ayaqlar tələb edir.
Gözəl ayaqlara sahib olmağın tək yolu, dırnaq boyası çəkməkdən ibarət deyil. Xüsusən də yay aylarında, 15 gündən bir pedikürə getmək yetərli olmur. Gün boyu vücudunuzun bütün ağırlığını daşıyan ayaqların daima qulluğa ehtiyacı var. Onları həmişə formda və baxımlı olmasını təmin edir. 

Pedikür zamanı 
Ayaqları həftədə bir dəfə 10 dəqiqə ilıq suda saxlayın. Suyun içinə bir neçə damla bebe yağı tökün. Sudan çıxardıqdan sonra ayaqlarınızı dəsmalla qurulayın. Ayaqların üstündəki ölü dəridən xilas olmaq üçün sərt süngərlə ovun. Ayaqları yaxşı yaxaladıqdan sonra bol nəmləndirici çəkin. Son olaraq da dırnaq ətlərini taxta çubuqla təmizləyin. Dırnaqlar hazırdır və boya çəkə bilərsiniz. 

Təcili qulluq 
Çox quru və qalın ayaq dərinin xilaskarı, limon suyudur. Limonu ortadan ikiyə bölün. Topuqlara və digər sərtləşmiş yerləri bir dəqiqəyə yaxın limonla ovun. Ayaqları yumşaltmaq və açıq sandaletlərə yaraşan bir hala gətirmək üçün modellərin istifadə etdiyi bir üsul var. Gecə yatmazdan əvvəl ayaqlara vazelin sürtün və yumşaq plastik folyo ilə bağlayın. Üzərindən pambıq corab geyinib yatın. Səhər yuxudan durduqdan sonra ayaqlarınız çox yumşaq olacaq. 

Müntəzəm qulluq 
Ayaqlarda dərinin sərtləşməsinə mane olmaq üçün duş zamanı ayaqları ovun. Hər axşam yatmazdan əvvəl nəmləndirici çəkin. Bunu diş fırçalamaq kimi vərdiş halına gətirin. Çəkdiyiniz kremin xüsusilə ayaqlar üçün hazırlanmış olmasına diqqət edin. 

Rəng 
Qaralmış dəriyə ən çox yaraşan ayaq boyaları, əlvan rənglərdir. Əllərinizə də boya çəkən zaman ayaqlarınızdakı rənglə eyni olmasına fikir verin. Ayaqlara sədəf və ya parıltılı boya çəkmisinizsə, əllərinizə mat tonlar çəkməyin. Eyni şey əksi üçün də keçərlidir. 

Qum terepiyası 
Yayda qumsalda gəzmək, ayaqlara çox yaxşı təsir edir. Qum ayaqlardakı ölü dərinin atılmasını təmin edir, eyni zamanda masaj təsiri də bağışlayır.

Dermatoloq ziyarəti 
Səhv ayaqqabılar geyinməkdən ayaqlarda yaranan yaraların qabıqları düşdüyü zaman qəhvəyi izlər qalır. Onları təmizləmək mümkün deyil. Belə halda dermatoloqa gedib mikrodermabrazyon etdirə bilərsiniz. 

(səs: 2)
Şərhlər: 3
Baxılıb: 4 884
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri