Şəffaf dırnaq boyasından istifadə edə biləcəyimiz 11 fərqli fikir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 6 480
Səs ver:
(səs: 4)
Şəffaf dırnaq boyası əl baxımının təməl səbəblərindən biridir və haradasa hər qadının makiyaj şkafında iştirak edir. Xüsusilə mənim kimi əllərinin baxımını diqqətə alanların vazgeçilməzidir. Klassik istifadəsinə baxdığımızda; qırmızı dırnaq boyası əvvəli ya da digər tünd rəng dırnaq boyalarının altına mütləq bir lay şəffaf dırnaq boyası sürtülər.  Amma şəffaf dırnaq boyalarını istifadə edə biləcəyimiz digər 11 fərqli fikir var:

1- Dəvətnamənizin zərfi heç cür yapışmır? Haqlısınız, bəzən yapışqanlar çatmaz və dəvətnamələr sizə çətinlik çıxardar. O halda zərfin künclərinə şəffaf dırnaq boyası sürtün. Asanlıqla yapışdığını görəcəksiniz.

2- İynəyə ip keçirmək tələb edir. Xüsusilə bəzi iplər bir neçə sınaqdan sonra ayrılar və kiçicik iynə dəliyindən keçməməkdə israr edər. Heç əsəbiləşməyin! Dərhal ipliyin ucunu şəffaf dırnaq boyasına batırın və bir də belə təcrübə edin.

3- Ləl-cəvahiratlarımız baş tacımızdır. Onlar siyirtmələrdə xüsusi günləri gözləyir. Hamımız gündəlik istifadə üçün fərqli materiallardan: muncuqlu, daşlı bir çox boyunbağı, üzük, bilərzik, sırğa istifadə edərik. Nə qədər xoş dayansalar dayansınlar, yeni aldığımız o üzüklər, boyunbağılar günün sonunda barmaqlarımızda, boyumuzda yaşıl-qara iz buraxar. Əgər siz də bu qararmaların qarşısını almaq istəyirsinizsə, onların dərinizlə təmas edən hissələrini şəffaf dırnaq  boyanızla üzərini örtün. Artıq problem yoxdur!

4- Ayaqqabı bağcıqlarının müəyyən zamandan sonra içində ucu açılar. Siz o bağcıqların yerinə yenisini taxana qədər bir yüz il daha keçəcək. Ən yaxşısı; uclarına şəffaf dırnaq boyanızdan sürtün. Hətta fərq yaratmaq istəsəniz rəngli bir dırnaq boyası da işə yarayacaq.

5- Yemək hazırlayarkən göz ucu ölçülərinizdən imtina edə bilmirsinizsə, hər vaxt istifadə etdiyiniz stəkanı və ya ölçü qabınızı, fərqli rənglərdə dırnaq boyaları ilə işarələyərək istifadə edə bilərsiniz! Məsələn, düyü üçün ağ, süd üçün bənövşəyi !

6- Corabın süzülməyəni də var artıq! Amma siz əvvəlkilərdən istifadə edirsinizsə, süzüldüyündə şəffaf dırnaq boyası sizə kömək edəcək! Bunu bilməyən yoxdur hər halda, amma yenə də  nəzərinizə çatdırmaq istədim. 

7- Bəzi taxta mebellər həyatımızı zəhərləyə bilir. Məsələn kürsünüzün qolundakı və ya taxta masanızın üstündəki kiçik bir çıxıntı davamlı olaraq üstünüzə başınıza ilişir? Madam ki elədir; o çıxıntının üstündən bir iki qat şəffaf dırnaq boyası sürt.

8- Yüksək dikdaban ayaqqabılarınıza yeni və daha qəşəng bir görünüş qatmaq istərsiniz? O halda döşəmələrinə şəffaf lak sürtün. Fərqi görəcəksiniz! Sevdiyiniz bir naxışı rəngli lakla tətbiq edə bilərsiniz.  Necə fikirdir?

9- Ən sevdiyiniz ayaqqabınıza siz nə qədər diqqət yetirsənizdə bir daş və ya kəsək səbəbindən ziyan görə bilər. Kiçik bir yerindən dərisi qalxdı deyə atacaq deyilsiniz ? O qisimə şəffaf lak sürtün və təkrar yapışdığını görün. İstəsəniz ayaqqabınızın rəngində bir dırnaq boyasından da istifadə edə bilərsiniz. 

10- Əgər siz də mənim kimi vərdişlərinə bağlı birisinizsə, hər duşda suyun istiliyini nizamlamaq sizə də çətin gəlir. O halda duş kranınızı ideal mövqesyə gəldiyində rəngli bir dırnaq boyası ilə işarələyin.

11- Günəş eynəklərimizin kiçik vintləri əlimizdən çəkdiyi zülmə dözə bilməz və sonda boşalar. Elə deyilmi? Yaxşı biz qızlar necə tədbir görə bilərik? Əlbəttə vintlərin üzərinə şəffaf dırnaq boyası sürtərik  və beləcə möhkəm qalarlar. 

Ağlıma gəlməyən tətbiqlər əminəm ki, vardır. İstəsəniz siz də şərhlərinizdə bu əlavələri yaza bilərsiniz.

/Mənbə: Qadınlar.biz/

(səs: 4)
Şərhlər: 5
Baxılıb: 6 480
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri