Oktay ustadan mətbəx sirləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 6 579
Səs ver:
(səs: 3)
Oktay ustanın alış-veriş qanunu: Təzə tərəvəzləri ən çox iki növ və bir payda yeyiləcək miqdarlarda almaq…
Soyuducunda günlərdir bişirilməyi gözlədiyi üçün  çürüyən tərəvəzlər, yaxşı saxlana bilməyən və nə qədər zamandır süfrəyə çıxmaq üçün sıra gözləyən məhsul növləri, şkafa qoymağı unutduğumuz qazan yeməkləri, boyat çörəklər, saralmış yaşıllıqlar…
Plansız edilən alış-veriş səbəbindən zibilliyə gedən hər yemək, mətbəx büdcəsinə ziyan verir.
 
Budur Oktay ustanın mətbəx tövsiyələri:
Soyuducuya yaş tərəvəz, meyvə qoymayın
Meyvə və tərəvəzləri soyuducuya neylon torbalarda və ya saxlama qablarında qoyun. Açıqda qalan yeməklər diriliyini itirər və şkaf içində qoxu meydana gətirər. Əgər yuyaraq qoyacaqsınızsa, mütləq qurulayın. Saxlama qabının dibinə yığılan su, yeməkləri çürüdər.
Mətbəxlərdə ən çox israf olan yeməklərdən biri də cəfəri, şüyüd, təzə nanədir. Bunları alarkən kiçik dəstələri seçin. Mütləq soyuducuda saxlayın. Yaş bir göyərtini neylon torba ilə soyuducuya qoysanız bir neçə gün içində yarısı yeyilməz hala gələr. Bunun yerinə, göyərtiləri  kağız dəsmalla sarıyaraq neylon torbanın içində soyuducuya qoyun. Bu şəkildə bir neçə gün daha təzə qala bilər. Hər cür yeməyi saxlamaq üçün vakuumlu saxlama qablarından da faydalanıla bilər. Bunlar hava axınını dayandırdığı üçün yeməyin təzə qalma müddətini uzadar.

Ən çox iki növ tərəvəz alın
Alış-veriş edərkən hər şeydən əvvəl ehtiyacdan çoxunu almamağa diqqət yetirin. Təzə yeyilməsi lazım olan ispanaq, brokoli kimi tərəvəzləri və çiyələk, tut və bənzəri meyvələri az miqdarda alın. İspanaq alarkən quru olanları seçin. Yaş aldınızsa eyni gün bişirin, heç gözlətməyin. Şkafda bir gün də qalsa bir qisimi pozular. Brokolini də al/dığınız gün süfrəyə gətirin. Brokoli şkafda gözlədikcə uclarındakı kiçik çiçəklər saralmağa başlayar, qidan dəyəri də azalar. Xüsusilə tərəvəz növlərində qərar verərkən ailənin damaq dadını nəzərə alın. Çox sevilməyən və ya ilk dəfə sınayacağınız bir tərəvəz alacaqsınızsa ən az miqdarda olsun.

Həftəlik yemək proqramı edərək bazara çıxın
Tərəvəz və meyvələrin ən təzəsi  bazarlarda var. Həftəlik alış-veriş edəcəksinizsə, yemək planını yaradıb, elə çıxın. Bir dəfədə ən çox iki növ tərəvəz alın. Tez xarab ola bilənləriı eyni gün və ya sabahısı gün bişirin. Digər günlərə daha dayanıqlı olanları seçin. Həftənin son günlərinə ət yeməklərini istifadə edin.

/Mənbə: Qadınlar.biz/

 

(səs: 3)
Şərhlər: 4
Baxılıb: 6 579
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri