Təmizlikdə çətin məsələlərin asan həlli

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 4 382
Səs ver:
(səs: 2)
DİBİ TUTAN QAZANA HƏLL

Qazanın dibində yapışmış yemək qaldısa, dibinə karbonat səpib üstünə su əlavə edin. Bir gecə o şəkildə buraxın. Sabahısı gün iki yemək qaşığı sirkə və su əlavə edib bir dəfə daha qaynadın. 10 dəqiqə qədər pıqqıldasın. Yemək artıqları çıxırsa son təmizləməyi edə bilərsiniz.

QIZARTMA QOXUSUNU YOX EDİN

Qızartma etdikdə mətbəxinizə qoxu yayılmasını istəmirsinizsə, bir qabda sirkəli su qaynadın. Əgər bu əməliyyatı etmədən qızartmanızı etdinizsə, mətbəxdəki
qoxunu aradan qaldırmaq üçün qızartmanın üzərinə dəfnə, ada çayı və kəklik yarpaqları qoyun.

ƏMZİKDƏ QALAN MAMA QALIĞI

Əmziyin dibində qalan süd və mama qalıqlarını təmizləmək üçün əmziyin içinə bir az kağız dəsmal və ya kağız salfet atıb suyla çalxalayın.

TƏR LƏKƏLƏRİ PROBLEM DEYİL

Tər, xüsusilə ipəkli və yunlu geyimlərdə qalıcı ləkələr meydana gətirər. Tez-tez bədənlə təmas edən ipək bir geyimin lifləri zərər görər və pozular. Davamlı tər və bədən yağlarına məruz qalan paltarlarda diqqətə çarpan saralmalar və pis bir qoxu meydana gələr. Ayrıca tər, geyimin boyası ilə reaksiyaya girdiyindən, tər ləkəsini çıxartmaq gücdür. Bunun üçün geyimlərinizi tər ləkələri hopmadan dərhal yumalısınız.

PARILDAYAN DOLÇA XƏYAL DEYİL

Parlaqlığını itirmiş dolçanıza köhnə parlaqlığını qazandırmaq üçün dolçanın yarısına qədər cırılmış qəzet kağızı doldurun. Dolçanın üçdə biri qədər isti suyu əlavə edib bir müddət çalxalayın. Dolçanızın tərtəmiz olduğunu görəcəksiniz.

XOŞ ƏTİRLİ İY VERƏN PALTARYUYAN MAŞINLAR

Paltarlarınızı yuduqdan sonra əsla maşının qapağını dərhal bağlamayın! Çünki qapağı dərhal bağlamaq, hələ nəmli olan tamburun pis iy verməsinə səbəb ola bilər. Ən yaxşısı maşını qapağını 1-2 saat açıq buraxaraq tamburun hava almasını təmin etmək.

ƏLLƏRİNİZ BALIQ İY VERMƏSİN

Əllərə hopan balıq qoxusu çox narahat edici ola bilər. Bunu önləmək üçün balıq ayırd etmədən əvvəl əllərinizi limonla ovun, əlinizə heç qoxu hopmaz.

TƏRTƏMİZ SARIMSAQ SIXACAĞI

Sarımsaq sıxacağını təmizləmək üçün köhnəlmiş bir diş fırçası istifadə edin. Suyun altında fırçaladığınızda ən çətin çatılan dəlikləri də təmizləməniz mümkün olacaq.

XALÇALARI YUMALIMI SİLMƏLİMİ 

Xalçalar ildə ən az bir, çox lazım olduğu vəziyyətlərdə isə iki dəfə yuyulmalı. Lakin təkrarlanan təmizlik əsnasında yenə ehtiyacınıza bağlı olaraq yalnız səthini silin, xalçanın təmiz qalması və parlaq görünməsi üçün bu kafi olacaq.

MATLAŞAN QAZANI PARLATMAQ

Paslanmayan polad qazanınız matlaşsa, bir az sirkəni oda qoyub istilədin. Sonra yumşaq bir bezi ilıq sirkəyə batıraraq yaxşıca ovun. Ardından yaxşıca durulayın.

/Mənbə: Qadinlar.biz/
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 4 382
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri