Qəhvənin faydaları və zərərləri (Mehdiyeva Cinaranın istəyi ilə)

Müəllif: Narın Yağış
Şərhlər: 3
Baxılıb: 4 148
Səs ver:
(səs: 2)
Qəhvə içmək bir çox adam üçün böyük bir zövq və imtina edilməz bir vərdişdir. Ancaq gümrah qalmaq və enerjimizi yüksək səviyyədə tutmaq üçün az qala hər gün içdiyimiz qəhvənin faydalarının yanında bir o qədərdə ciddi zərərləri olduğunu unutmamaq lazımdır.

Qəhvənin Zərərləri :
Yüksək təzyiq: Edilən araşdırmalara görə, nizamlı olaraq gündə 4-5 stəkan qəhvə içənlərin qan təzyiqləri, yəni təzyiqləri sürətlə yüksəlir.

Ürək: 
Həddindən artıq qəhvə istehlakı ürəyin ritminə mənfi istiqamətdə təsir edir. Qəhvənin ehtiva etdiyi kofein çox istehlak edildiyində, ürəkdə ritm pozuqluqları meydana gələ bilir. Nizamsız ürək atışları və ürək vurmasına səbəb ola bilir. Bu səbəblə xüsusilə ürək xəstələrinin məhdud miqdarda qəhvə içmələri lazımdır.

Mədə: 
Qəhvə, mədə xorasını sürətləndirir. Bu səbəblə mədə xəstələrinin gündə 2 fincandan çox qəhvə istehlak etməmələri lazımdır.

Şəkər xəstəliyi: 
Edilən araşdırmalar, yemək zamanlarında yüksələn qan şəkəriylə birlikdə istehlak edilən qəhvənin şəkər xəstəliyini mənfi istiqamətdə təsir etdiyini ortaya qoyurdu. Mütəxəssislər şəkər xəstələrinin də qəhvəni məhdud istehlak etməsini təklif edir.

Su itkisi: 
Mütəxəssislərin bir qismi qəhvənin bədəndə maye itkisinə səbəb olduğunu müdafiə edərkən, bir qismi də bu itkinin əhəmiyyətsiz dərəcədə az olduğunu müdafiə edirlər. Lakin yenə də ağırlıq təşkil edən görüş digər kafeinli içkilər kimi qəhvənin də bədəndə su itkisi yaratdığı istiqamətindədir.

Xərçəng: 
Qəhvə, yaşıl və qara çay kimi antioksidantlar ehtiva edir. Bu da xərçəngə gətirib çıxaran hüceyrələrin çoxalmasına maneə törədir. Ayrıca, edilən bir araşdırmada, qəhvənin və məşqin günəş şüalarının səbəb olduğu dəri xərçəngindən qoruduğu ortaya çıxdı. Araşdırmaya görə, fiziki məşqlə birlikdə ölçülü qəhvə istehlakı, günəşin ultrabənövşəyi B (UVB) şüalarının gətirib çıxardığı kanserojen təsirləri ortadan qaldıra bilir.

Öd daşları: 
Qadın bədəni kişiylə müqayisədə iki qat daha çox öd daşı çıxarır. Gündə dörd stəkan qəhvə içən qadınların içməyənlərə nisbətlə 25 % daha az öd daşından şikayət etdiyi sübut edildi.

Konsentrasiya: 
Qəhvə konsentrasiyaya köməkçi olur. Edilən araşdırmalarda, məktəb çağındakı uşaqların az miqdarda qəhvə ilə süd içdiklərində səhərki dərslərində daha müvəffəqiyyətli olduqları görülür.

Qaraciyər: 
Qəhvə istehlak etmək xüsusilə qaraciyər xərçəngi riskinin azaldılmasına köməkçi olur. Nizamlı qəhvə içənlərin siroz kimi qaraciyər narahatlıqlarından daha az şikayət etdiyi görülür.
                                                           
Siz necə qəhvə xoşlayırsınızmı?
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 4 148
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri