Ev işlərinizi asanlaşdıracaq praktiki məsləhətlər

Müəllif: Wiyinka
Şərhlər:
Baxılıb: 3389
Paylaş:
Səs ver:
(səs: 6)
Ev işlərini necə görmək lazımdır?

Evinizdə həyatınızı asanlaşdıracaq praktiki və çox asan məsləhətləri öyrənmək istəyərdiz? Budur həyatınızı asanlaşdıracaq praktiki məsləhətlər və tövsiyələr
Eynəyinizin şurupu çox tez-tez çıxırsa, şurupu taxmazdan əvvəl, onun girəcəyi dəliyə rəngsiz dırnaq boyası tökün. Sonra şurupu taxın.
Aldığınız ayaqqabı ayağınızı sıxırsa, onu bir neçə dəqiqə buxara tutun.
Qayçınızı itiləmək istəsəniz, onu sumbata kağızı ilə itiləyin.
Xalçadakı siqaret yanıqlarından qurtulmaq üçün, yanıq yerləri sumbata kağızı ilə dairəvi hərəkətlər edin.
Mebellərin yerlərini dəyişdirəndə, xalçaların üstündə iz qoyur. Bu izləri yox etmək üçün, izlərin üzərinə bir parça buz qoyun və əriməsini gözləyin. Daha sonra üstünü tozsoranlayın. İzdən əsər-əlamət qalmadığını görəcəksiz.
Zamoklu geyimlərinizi paltaryuyana qoymazdan əvvəl bağlı olub olmadğını yoxlayın. Açıq qalıbsa zədələnə bilər.
Üst-üstə qoyduğunuz sətəkanlar yapışıb qopmursa, onları bir ləyənin içinə qoyun. Üstdəki stəkanın içinə buz qoyub ləyənin içərisinə yavaş-yavaş isti su tökün. Stəkanların asanlıqla çıxdığını görəcəksiz.
Aldığınız plastik və şüşə əşyaların üzərinə yapışdırılan etiketlərdə qurtulmaq üçün, etiketin üzərinə yemək üçün marqarin sürtün və 15 dəqiqə gözləyin. Bir bez parçası ilə ovalayıb yuyun. Üzərində heç bir ləkə və cızıq olmayacaq.
Ütü işini asanlaşdırmaq və vaxtını azaltmaq üçün, ütü masasının örtüyünün altına alüminum folqa qoyun. İstini geri əks etdirdiyindən, ütü işi daha sanlaşacaqdır.
Parça ayaqqabıların təmizlənməsi problemdirsə, ayaqqabıları bir yastıq örtüyünün içinə qoyun. Örtüyün ağzını bağlayın və paltaryuyan maşında yuyun. Təzə kimi olacaqlar.
Buz qəliblərnizi su ilə doldurmazdan əvvəl, bölmələrə portağal, limon və istədiyiniz meyvə parçaları yerləştirsəniz, dekorativ buzlar əldə etmiş olacaqsız.
Əgər ayaqlarınız çox isinib şişirsə, onları saatlarla isti suda saxlamayın, əksinə odekolon ilə ilə ovalayın. Biləkləriniz və ayaqlarınız şişməyəcək.
Əgər ayaqlarınız çox həssasdırsa, isti havalarda şikayətləriniz artırsa, hər səhər bir neçə damcı zeytun yağı ilə ovalayın.
Pambıq geyimlərinizin enlənməməsi üçün, yumazdan bir gecə əvvəl soyuq suda saxlayın, enlənməyəcəkdir.
Dirsək və topuqlarınızın bərkiməsini istəmirsinizsə, bir dilim limon ilə ovun. Beləcə dəriniz yumşaq olacaq.
Təzə bir tava alanda, əvvəlcə içində bir az sirkə qaynadın. Bu qızartmanızın tavaya yapışmasının qarşısını alacaq.
Divarınıza mismar vuracağınız zaman, işarə etdiyiniz yerin üzərinə çarpaz yapışqan lent yapışdırın. Sonra mismarı vurun. Beləcə divarın gipsini sındırmayacaqsız.
Çəkməcələri içlərini boşaltmadan təmizləmək istəyirsizsə, tozsoranın ucuna incə bir corab keçirin.
Lampalarınızın üzrəinə istifadə etmədiyiniz ətirləri və ya bir az vanil sürtsəniz, lampalarınızı yandırdıqda, gözəl qoxu yayacaqdır. (Çox sürtməyin)
Ətirləriniz bitdikdə kiçik ətir şüşələrini atmağa əliniz gəlmirsə, onları paltar şkafınıza qoyun. Beləcə paltarlarınızdan xoş ətir gəlməsini təmin etmiş olarsız.

loading...
(səs: 6)
Şərhlər:
Baxılıb: 3389
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook