Hər dənəsi şəfalıdır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 603
Səs ver:
(səs: 3)

Bu günlərdə insan orqanizmi immunitetinin zəiflədiyi və vitaminlərə ehtiyac duyduğu bir dövrdədir. Azərbaycanda 60-dan çox növü yetişən narın hər dənəsi ayrı bir şəfa mənbəyidir. Nar suyundakı antioksidan miqdarı yaşıl çay və portağal suyundan 3 qat daha çoxdur.1 stəkan nar suyu 10 stəkan yaşıl çayı əvəz edir. Nar təzyiqi müsbət bir şəkildə nizamlayır, ürəyin düzgün işləməsinə yardım edir.İnfeksiyaya qarşı bədən müqavimətini artırır.Enerji verir,yorğunluğu aradan qaldırır.İdrar qovucu təsiri ilə toksin artımını təmin edir.İmmunitet sistemini gücləndirir, bədəni xəstəliklərə qarşı qoruyur.Xolestrol və qan şəkərinizi tənzimləyərək artmasına mane olur.Nar bağırsaq parazitlərinin düşmənidir.Turş nar mədə yanmalarına qarşı faydalıdır, boğaz ağrılarına və ağ ciyərlərə xeyirlidir.Öskürək və dəri infeksiyalarında da təsirlidir.Nar C vitamini, həmçinin dəmir və kalium mineralları baxımından zəngindir.Nar C vitamini baxımından zənginliyi ilə portağal və itburnunu da geridə qoyur. Narın tərkibində C vitamini ilə yanaşı, həmçinin B vitamini, dəmir, sink, maqnezium, natrium və kalium var. Narın çəyirdəyi kosmetika üçün də (bura dəriyə qulluq da daxildir) faydalıdır. Nar immunitet sistemini gücləndirir, ürəyin fəaliyyətini nizamlayır, bədənə enerji verir, yorğunluğu aradan qaldırır, orqanizmi toksinlərdən təmizləyir, ishalın qarşısını alır, infeksiyaya qarşı müqaviməti artırır, böyrək zəifliyi zamanı faydalıdır.


Narın faydaları


1. Hərarəti kəsir. 
2. Enerji verir və yorğunluğu aradan qaldırır.
 
3. Bədəni, ürəyi, mədəni və diş ətlərini qüvvətləndirir.
 
4. Ürək döyünməsini aradan qaldırır.
 
5. Mədə iltihabı və ağız yarası üçün faydalıdır.
 
6. İmmunitet sistemini gücləndirir.
 
7. Xərçəng hüceyrələrinin inkişafına mane olaraq, başda ağciyər, döş, dəri və prostat xərçəngi olmaq üzrə, xərçəngə qarşı bədəni qoruyur.
 
8. Qandakı xolesterol nisbətini və təzyiqi salır.
 
9. Damarları açır.
 
10. Bu xüsusiyyətləriylə ürək və damar xəstəliklərinə qarşı qoruyucudur.
 
11. Qandakı şəkər səviyyəsini də tarazlayaraq şəkər xəstələrinə yaxşı gəlir.
 
12. Dəri sağlamlığı üçün də faydalıdır.
 
13. Nar suyu səsi açır.
 
14. Menopoz şikayətlərini azaldır.
 

15. Artrit və oynaq ağrılarını azaltmağa köməkçi olur.


Necə istifadə etməli? 
Narın meyvəsi, meyvə qabıqları, nar ağacının kökləri və budaqlar ilə kök qabıqları istifadə edilər. Nar dənələrini örtən pərdə həzmi asanlaşdırır və sidik qovucudur. Narın qabıqlarının qaynamış suda dəmlənməsi ilə hazırlanan çay içilsə ishalı kəsər. 2-3 gün ərzində səhərlər ac qarına içilib, günortaya qədər bir şey yeyilməzsə, bağırsaq qurdlarını tökər. Təzə narın suyu sıxılaraq meyvə suyu olaraq da istehlak edilə bilər

(səs: 3)
Şərhlər: 7
Baxılıb: 4 603
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri