Qarğıdalı haqqında

Müəllif: Wiyinka
Şərhlər: 4
Baxılıb: 15 277
Səs ver:
(səs: 2)
Qarğıdalı Amerikada mədəniləşdirilmiş ən qocaman dənli bitki hesab olunur. Hinduların çörəyi, yaymaları, xəşili, içkiləri zaman-zaman qarğıdalıdan hazırlanmışdır.Mayya hinduları mədəniyyətinin tədqiqatçısı R.V.Kinjalovun fikrincə qarğıdalının vətəni Mərkəzi Amerikanın cənub dağlıq hissəsidir. Burada tapılan qarğıdalı izləri arxeoloqları V minilliyə aparır. Hindular qarğıdalıya allah kimi səcdə etmişlər. Güman edilir ki, qarğıdalı sözü («ixim») «dolandıran», «saxlayan» mənası verir. Mayya hindularına qarğıdalının bir neçə növü məlum olmuşdur. Onlar qarğıdalı əkinləri ilə həmişə fəxr etdirmişlər.Arxeoloji sərvətlər arasında Meksikada 6950 il yaşı olan mədəniləşdirilmiş qarğıdalı tozcuqları tapılmışdır. Nyü-Meksika ştatındakı Bat-Keyv mağarasında tapılmış qarğıdalı tozcuqlarının isə 5600 ilə yaxın yaşı olduğu müəyyən edilmişdir.Cənubi Meksikanın Texuakan vadisində arxeoloji tapıntılar təsdiq edir ki, 7200-5400 il bundan əvvəl orada qarğıdalı mövcud olmuşdur. Lakin bu yaşın mədəniləşdirilmiş qarğıdalıya aid olduğu hələ şübhəlidir.Meksikanın toltek, sapotek, astek və mayya hinduları qarğıdalı becərməklə məşğul olmuşlar. Şimali Amerika hindularından irokezlər XV-XVI əsrlərdə qarğıdalı becərib-yığmaqda və onu qoruyub saxlamaqda mahir olmuşlar. Onlar qarğıdalını xəndəklərdə, xüsusi anbarlarda, ya da yaşayış yerində asılmış vəziyyətdə saxlamışlar.Qarğıdalının qədim vətəni olan Meksika, Braziliya, Qvatemala, Salvador kimi ölkələrdə bu bitki indi də kütləvi ərzaq rolunu oynayır.Qarğıdalının Avropaya və başqa yerlərə yayılmasında vaxtı ilə dənizçiliyi inkişaf etmiş ispanların və portuqaliyalıların böyük xidməti olmuşdur. Portuqaliyalılar qarğıdalını XVI əsrdə Hindistana və Çinə çatdırıblar.Bu bitki Afrikanın qərbinə XII əsrdə gətirilib, XV əsrdə isə qarğıdalı qitənin şərqinə də yayılıb.İspanlar qarğıdalını öz vətənlərinə XV əsrdə gətirib və 1525-ci ildən becərməyə başlayıblar. Əvvəllər o, bağların yaraşığı olub. Tezliklə qarğıdalı Fransaya və İtaliyaya aparılıb, sonra isə Şərqdə, XV əsrdə onu Livanda əkməyə başlayıblar. Bu qiymətli bitki qarğıdalı ferması (corn farm)1560-ci ildə türklərin də diqqətini cəlb edib. Macarlar onunla «türk buğdası» adı ilə tanış olublar. Türkiyədən o, Krıma düşür. XVIII əsrdə yenə də «türk buğdası» adı ilə Rusiyaya gedib çıxır. Qarğıdalının sürətlə yayılması onun hərtərəfli təsərrüfat əhəmiyyətli olması ilə bağlıdır. Onun dənələrindən şirə çəkir, şəkər, yağ, spirt və sairə istehsal edirlər. Qarğıdalı həm də qiymətli yem bitkisidir.Qarğıdalı yeyinti sənayesində də geniş tətbiq olunur: ondan un, yarma və nişasta hazırlayırlar, nişastadan qənnadı sənayesi üçün patka, qlükoza, şəkər istehsal edirlər, sütül dənələrdən konserv, yetişmiş dənələrdən partlamış qarğıdalı hazırlayırlar, uzun müddət istifadə etmək üçün dənələrini duzlayırlar və sairə. Onun konservləşdirilməsinə XIX əsrin ortalarından etibarən Amerika Birləşmiş Ştatlarında başlayıblar. Qarğıdalının tibbi əhəmiyyəti də vardır. XIX əsrin ikinci yarısında qarğıdalı saçaqlarının sidikqovucu xüsusiyyətinə malik olduğu müşahidə olunub. Hal-hazırda isə ondan qaraciyər, öd və sidik kisəsinin iltihabında, habelə böyrəkdə daş olan hallarda istifadə edirlər.Xalq arasında qarğıdalını qovurub partladılmış şəklə salmaq qədimdən məlumdur. Bununla ilk dəfə Cənubi Amerika hinduları məşğul olmuşlar. Bunun üçün gildən hazırlanmış uzun qulplu xüsusi qablardan istifadə olunması güman edilir. Bundan başqa qarğıdalı dənələrini isti kömür üzərində partladıb yığırlarmış.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 15 277
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri