Bədən saatınıza görə yaşayın

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 131
Səs ver:
(səs: 0)
Bədəniniz nə vaxt idmana hazır olur, nə vaxt istirahət istəyir? Mütəxəssislər bədəndə 24 saat nələr olub bitdiyini araşdıraraq idman etməyə, işə, istirahətin ən uyğun saatlarını təyin etdi. 06:00 kortizon ifraz etməsiylə orqanizm oyanır. Bu oyanma bədən üçün özünü yavaşca qalxmağa hazırlama işarəsidir. Maddələr mübadiləsi həreketlənir, günün işləri üçün enerji və zülal xidmətə hazır olur. 07:00 bədən hələ zəif. İdman etməkdən qaçının. Ürəyə və dövrana gərəksiz yüklənir. İdman yerinə nahar edin, həzm bu saatda mükəmməl çalışır. 08:00 libidonun ən yüksək olduğu saat. Çox miqdarda hormon ifraz olunur. Siqaret narkomanları üçün də vəziyyət eynidir. Qəlyanaltı siqareti damarları hər zamankindən daha çox çox daraldır. 09:00 bədənin dinc, qüvvətli olduğu saatdır. Hər hansı bir xəstəlik üçün iynə olacaqsınızsa bu ən doğru zaman. İynənin qızdırma və şişmə kimi yan təsirləri nadir olaraq görülür. Bədən rentgen şüalarına qarşı daha müqavimətli olur. Fitness mütəxəssisi Azad Güngör, zaman yaradılırsa bu saatlarda ediləcək idmanın ürəyi yormadan yüksək səmərə alınacaq bir saat dilimi olduğunu ifadə edir.
10:00 orqanizmin özünə gəlmə, "mən burdayam" dəmə saatıdır. Çox enerjili, bədən ən yüksək istilik səviyyəsindədir. Məhsuldarlığımız da elə. "Qısa müddət yaddaşı" yaxşı vəziyyətdə. Bir əhəmiyyətli detal: 10:00 ilə 12:00 arası enfarktüs (qan laxtalanması) hadisələrinə tez rast gəlinir. Hazır cavab olduğumuz saat.

11:00 bədənin tam formasında olduğu, məhsuldar olmağa proqramlı bir saatdır. Ürək və dövran o qədər gümrah ki edilən müayinədə ürəkdəki bir pozuqluq gözdən qaça bilər. Hazır cavablıq tavan edər, xüsusilə hesab işləri, riyaziyyat tapşırıqları rahat və yaxşı bir şəkildə, çətinlik çəkmədən həll edilər.

12:00 istirahət saatıdır. Diqqət azalır və insanı yuxu basır. Mədədəki turşu miqdarı çoxalıb, beyindəki qan axını azalır. Çünki qan həzm orqanlarını dəstəkləməsi üçün mədə tərəfindən istifadə edilir. Günorta yuxusu yata bilən kəslərdə statistikalara görə infarkt 30% nisbətində az rast gəlinir.

13:00 bədən formadan düşür. Məhsuldarlıq gün ortalamasının 20% aşağısına enir. Bütün orqanlar ən alt səviyyədə çalışır, yalnız öd günorta yeməyini hazmetme fəaliyyəti göstərir.

14:00 əldən düşmüş olarıq. Çünki təzyiq və hormon səviyyəsi düşür. Diş həkimindən qorxanlar üçün ən uyğun görüş saatı. Çünki bu saatda acı az hiss edilir. Xoş gəldin enerji

15:00 enerji geri gəlir, yaddaş tam formasında. İkinci məhsuldarlıq dövrü başlayır amma səhərkindən az.

16:00 İdman üçün ən yaxşı saatdır. Təzyiq və dövran çox yaxşı vəziyyətdə olur. Mütəxəssis Azad Güngör xüsusilə ağır məşq edənlər üçün bu saatların bədəni məcbur etməyən, ideal dövr olduğunu ifadə edir.

17:00 orqanların fəaliyyəti üst səviyyəyə çıxır. Qüvvət artır, oksigen xərclənir, böyrəklər və məsanə çox çalışır. Dırnaqlar və saçın ən tez uzandığı zaman. Mədədəki turşu miqdarı çoxalır. 17:00-a doğru mədə qanaması keçirmə riski artır.

18:00 axşam yeməyi üçün ideal saatdır. Pankreas bu saatda xüsusilə aktivdir.

19:00 qan təzyiqi və nəbz tənbəlləşir. Bu səbəblə qan təzyiqi salan dərmanlara diqqət, təhlükəli ola bilərlər. Antidepresanların təsiri də bu saatda daha çoxdur.

20:00 qara ciyərdəki yağ səviyyəsi düşür və çirkli qan ürəyə hər zamankindən daha çox axır. Allergiyası olanlar və astmalılar dərmanlarını bu saatda götürməli. Təsiri dərhal görülür. Antibiotiklər də az dozada alınsa belə təsirləri ən üst səviyyədə olur. yeməyi kəsirik. 

21:00 həzm orqanlarının gündəlik vəzifəsi sona çatır. Gələn hər şey mədədə səhərə qədər həzm edilmədən qalır və bu çox təhlükəlidir. Qalan yeməklər bağırsaq sahəsindəki mukozaya hücum edir.

22:00 bədənin polisi olan ağ qan hüceyrələri aktiv hala gəlir. Siqaret çəkənlər diqqət! Bu saatdan sonra bədən nikotin kimi zəhərləri çox çətin atır. 23.00 orqanizm gün boyunca aktiv fəaliyyət göstərən stress hormonunun ifraz etməsini dayandırır. Sakinləşib, rahatlayırsınız. Mütəxəssislərə görə gec saatda məşq etmənizdə bir qorxu yoxdur, lakin neçədə yatırsa 3 saat əvvəlindən məşqlərinizi tamamlamanız lazımdır. Şirin yuxular 24:00 yatarkən dəri hüceyrələri dayanmadan çalışır, gündüz olduğundan daha sıx bölünür. İlk yuxu mərhələsi, yarım saat içində yuxu görməyə başlayırıq.
01:00 qəbulun ən alt səviyyədədir. Bu saatda çalışanlar səhv edə bilər, diqqət azalır, çünki bədən özünü yatmağa proqramlaşdırır.
02:00 avtomobil istifadə edənlər diqqət: Görmə zəifləyir, reaksiyalar yavaşlayır, qəzalar bu saatda çox olur.

03:00 bədənin də ruhun da ən qaranlıq mərhələsidir. Melatonin hormonunun ifraz olunması tənbəl və qərarsız edir. İntihar edənlərin sayı çoxalır. 04:00 stress hormonundan enerji qazanırıq.

İnfarkt böhranları saat 04:00 ilə 06:00 arasında çox olur, çünki qan təzyiqi olduqca yüksəlib, damarlar gərilir. Bu saatlar eyni zamanda doğum etmə ehtimalının ən yüksək saatlarıdır.

05:00 stress hormonu bizi fəaliyyətə keçirir və gündüz dəyərinin tam 6 qatına çıxır. Bədənimiz hərəkətə keçir və  itən enerji yenidən geri gəlir. Gəlsin, yeni bir gün başlayır.


/Mənbə.Qadınlar.biz/
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 131
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri