Ev təmizliyində limon köməyinizə çatacaq

Müəllif: Pure Love
Şərhlər:
Baxılıb: 4407
Paylaş:
Səs ver:
(səs: 2)
Qazanlarınızı parlatmaq, pis qoxuları aradan qaldırmaq, şüşələri təmizləmək, tualetdəki ləkələri yox etmək və çox daha çoxu üçün limondan kömək ala bilərsiniz. Necəmi? Təbii təmizləyici limonun ev təmizliyində istifadəsini öyrənmək üçün yazını oxuyun.
 Çəngəl, qaşıq kimi mis, düyü və xrom, nix sərt metal mətbəx əşyalarınızı parlatmaq üçün limon istifadə edin. Yarım limon suyu iə bunları tək-tək silin. Daha təsirli parlaqlıq üçün az miqdarda duz əlavə edə bilərsiniz.
Ləyən, tualet, qapılar kimi yerləri kimyəvilərlə təmizləmək yerinə ev istehsalı bir məhsul istifadə edin. 6 limon suyunu bir sprey şüşəsinə qoyun. Sitrik turşu su və sabun ləkələrini həll edəcək. Təmizləmək istədiyiniz yerlərə sıxın və süngərlə silin. Antibakteriyal xüsusiyyəti səbəbiylə də seçilən bir təmizlik vasitəsidir.   Ortadan ikiyə kəsilmiş limonu su dolu kasanın içində otağınığın bir küncünə qoyun. Havadakı pis qoxular itəcək. 
Mikrodalğa sobanızı sterilize etmək üçün limon istifadə edin. Partlamış misir, pizza kimi qoxulu yeməklər bişirdiyinizdə və ya istilətdiyinizdə yarım limonu çox incə dilimlər halında doğrayın. Mikrodalğa qabına qoyun və üzərinə isti su əlavə edin. Bir dəqiqə çox yüksək istilikdə bişirin. Sonra nəmli bir bezlə sobanı silin. Sitrik turşu antibakteriyel turşuları öldürər.
 
Əldə yuduğunuz qab-qacaqlarda da limon istifadə edə bilərsiniz. Yarım limonun suyunu karbonatın üzərinə sıxın. Bu vəsaiti qab-qacaq bezinizin üzərinə qoyaraq qab-qacaqları bununla yuyun. Yağları necə asanca təmizlədiyini və qazanlarınıza parlaqlıq verdiyini görəcəksiniz. Ayrıca əlləriniz də həm gözəl iy verəcək həm də qurumayacaq.
Paltar qoxularını aradan qaldırmaq üçün də istifadə edə bilərsiniz. Paltar yuyarkən bir çay qaşığı limon suyunu yuyucuya əlavə edin. Paltarlarınız daha gözəl iy verəcək.   Şüşələrinizi limon suyu ili silin. 4 yemək qaşığı limon sununu 2 litr suyla qarışdıraraq şüşələrinizi silin. Bu qarışıq şüşədəki su ləkələrini, çirkləri iz buraxmadan silmənizi təmin edər.   Doğrama taxtanızı sterilize edin Taxtanın üzərini kəsdiyiniz yarım limon ilə silin. 10 dəqiqə gözlətdikdən sonra yuyun. Ağac və plastik doğrama taxtaları üçün idealdır. 
Çətin və çatılması çətin yerləri təmizləyin. Limon suyu və boraksı xəmir halına gətirin. Bu qarışığı istifadə edərək bir diş fırçası ilə çatılması çətin yerləri fırçalayın. Bu qarışıq künc və yarıqlar üçün də ideal!   Dəri kreslo və əşyalarınızı limon qabığı ilə ovun. Yeni alınmış kimi görünəcək.
İstifadə etmiş olduğunuz sıxılmış limonları zibilə atmayın! Tualetlərinizi limonla ovun. Tərtəmiz olacaq.   Düyü əşyalarınızın daha canlı görünməsini istəyirsinizsə limon ilə ovun.   Mətbəx dəzgahlarını təmizləmək üçün 1 litr suya 1 limon suyu və 1 çay qaşığı duz atın. Bu qarışıq ilə mətbəxiniz tərtəmiz olacaq.

/Mənbə: Qadınlar.biz/

loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 4407
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv