Salat hazırlarıqda bunları bilməlisiz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 6 061
Səs ver:
(səs: 0)
Salat hazırlarıqda bilməniz lazım olan maraqlı məlumatlar.

    Salat hazırlayarkən ilk növbədə salatda istifadə edəcəyiniz ərzaqların yaş olmamasına diqqət yetirin. Çünki, ərzaqların yaş olması sousun salatla qarışmasına mane ola bilər.
    Salata dad vermək üçün istifadə olunan ən təsirli yollardan biri də salata bir az sarımsaq əlavə etməkdir.
    Salatınıza bir az doğranmış nanə yarpağı əlavə etsəniz, ləzzətinin dəyişdiyini görərsiniz.
    Salatları yeməkdən əvvəl hazırlayın və limonunu, duzunu süfrəyə verərkən əlavə edin.
    Salatınızın sirkəsi çoxdursa üzərinə bir qədər çörək içi əlavə edin. Çörək içi artıq sirkəni özünə çəkəcək.
    Salata çox sirkə qatmaq zərərlidir. Sirkə əvəzinə limondan istifadə etsəniz, daha yaxşı olar.
    Salata limon suyu ilə yanaşı, portağal suyu da əlavə etsəniz, dadı çox ləzzətli olar.
    Salata doğrayacağınız soğanı bir qədər soyuducunun buz yerində saxlayın. Beləliklə, həm soğanı doğrayarkən gözləriniz yaşarmaz, həm də doğranmış soğanlar daha canlı görsənər.
    Salat üçün sous hazırlayarkən üzərində qram işarələri olan ölçü qablarından istifadə etmək məsləhətdir.
    Gül kələm salatına duz, sirkə və yağla yanaşı, mayonez də əlavə etsəniz, daha ləzzətli olar
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 6 061
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri