Qidaları kiflənmədən qorumanın yolları

Müəllif: Pure Love
Şərhlər: 7
Baxılıb: 3 273
Səs ver:
(səs: 1)
Qida hazırlamada gigiyenaya diqqət edilməli
Qidalar hazırlanarkən gigiyenaya diqqət edilməməsi, kifayət qədər bişirilməməsi kimi edilən diqqətsizliklər nəticəsi qidalar bədənə faydadan çox zərər verə bilir. Kiflənən yeməyin ziyan olmasın deyə atılmayıb möhkəm qisiminin istifadə edilməyə davam edilməsinin qaraciyər xəstəliklərinə yol aça biləcəyinə diqqət çəkilir.

Ev xanımları ümumiyyətlə sous, çörək kimi qidaların kifli qisimini ataraq qalan tərəfini istifadə etməni seçir. Kifi, çörək üzərindəki yaşıl nöqtələrlə ya da meyvədəki məxmər görünüşlü xallarla məhdud sənə bilərik; ancaq kif qidanın ən alt qisimindən başlayaraq səthə doğru inkişaf edər.

Qidaların kiflənmədən qorunma yolları
- Kif bulaşmış qidadan soyuducuna, qab-qacaq bezlərinə və ya digər təmizlik materialına keçə bilər. Soyuducunu ayda bir dəfə 1 yemək qaşığı yemək sodası (natrium bikarbonat) əlavə olunmuş 1 litr su ilə təmizləyin. Təmiz su ilə durulayın. Rezin səthlər üzərində görülən kiflərdə, 1 litr suya 3 çay qaşığı paltar suyu əlavə edib kiflərə tətbiq edib fırçalayın.

- Qab-qacaq bezləri, dəsmallar, süngərlər və digər təmizlik vəsaitləri təmiz olmalıdır. Kif qoxusu bu vəsaitlərin ətrafa kif yaydığını göstərməkdədir. Təmizləyə bilmədiyiniz və ya yuya bilmədiyiniz təmizlik vəsaitini istifadə etməyin.

- Qidaları xidmət edərkən olabiləcək havadan bulaşma riskinə qarşı üstünün örtülü olmasına diqqət edin.

- Nəmli qalması istənən təzə kəsilmiş tərəvəz və meyvələr, salatlar plastik örtü ilə örtülməlidir.

- Açılan və tez pozula bilən konserv məhsulları saxlama qablarına qoyaraq dərhal soyuducuna qaldırın.

- Tez pozula bilən qidaları soyuducu xaricində 2 saatdan çox saxlamayın.

- Artan yeməkləri 3-4 gün içində, kif inkişafına fürsət vermədən qəbul edin.

- Yeməklərin xidmətə qədər gözlədilməsində gözlətmə şərtləri uyğun deyilsə bakteriya törəməsi cəhətdən təhlükə söz mövzusudur. İsti yeməklər 1-2 saat içində xidmət ediləcəksə üzəri bağlı saxlanılmalıdır. Soyudulması ya da sabahısı gün xidmət edilməsi lazım olan yeməklər istiykən soyuducuna qoyulmamalıdır.

- Ət, tərəvəz və unlu, xəmirli yeməklər ayrı dəzgahlarda, ayrı kəsmə taxtalarında və ayrı vasitə-vəsaitlər istifadə edilərək hazırlanmalıdır. Beləcə çarpaz bulaşmağı önləyə bilərsiniz.

- Sousun kiflənməməsi üçün üzərinə zeytunyağı tökə bilərsiniz.

/Mənbə:Qadınlar.Biz/
 

(səs: 1)
Şərhlər: 7
Baxılıb: 3 273
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri