Qoz yeməyin faydaları

Müəllif: Wiyinka
Şərhlər: 11
Baxılıb: 17 671
Səs ver:
(səs: 7)
 
Zaman-zaman Sizə bir sıra faydalı qidalar, onların orqanizmə təsiri haqda məlumat veririk:

Bu dəfə Sizə tərkibində bol miqdarda fosfor və kalsium olan qozun insan orqanizminə faydalarından danışacağıq:

Zehni yorğunluğu aradan qaldırır, sümük və dişləri gücləndirir.

Kalium baxımından zəngin olan bu çərəz sinirlərin aktivliyi və əzələ toxuması üçün önəmlidir.

Deyilənə görə qozun tərkibində bədənə enerji verən və rahatlaşdıran maqnezium da var.

Qoz həmçinin qırmızı qan hüceyrələrinin formalaşmasına və ağciyərlərdən toxumalara oksigen çatdırılmasına yardımçı olur.

Bundan əlavə qan azlığını önləməyə və ‘dəmir’ ehtiyacını ödəməyə kömək edir.

Bal ilə qarışdırıb istifadə etdikdə soyuqdəyməyə və s. xəstəliklərə yaxşı gəlir.
Damar sərtliyini önləməyə də faydası var. Təzə qozu balla yedikdə cinsi aktivliyi artırır.

İnsulini artırdığından şəkər xəstələri üçün əhəmiyyətli hesab olunur. Yüksək nisbətdə zülal və yağla zəngin olan qoz çərəz kimi istifadədən əlavə şəkər xəstələrinə qida olaraq da verilir.

Mütəxəssislər qozun qadınların hamiləlik zamanı ürək bulanmasına yaxşı təsir edəcəyini və qanda zərərli xolestrolun yığılmasının qarşısını alaraq, yüksək xolestrolu azaltdığını söyləyir.

Qoz həmdə vərəm mikrobuna qarşı qoruyur. Qoz yağı mədə və bağırsaqları təmizləyərək, yumşaq qalmalarını təmin edir. Hemoroid problemlərinə yaxşı gəldiyi elmi olaraq sübut edilib.

Mədə və bağırsaq ağrılarının azalmasında, təzə meyvəsindən hazırlanmış mürəbbədən diş əti xəstəliklərinin müalicəsində və vitamin çatışmamazlığında istifadə edilir.


(səs: 7)
Şərhlər: 11
Baxılıb: 17 671
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri