Oğlunun olmasını istəyənlər bu yazını oxusun

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 3199
Paylaş:
Səs ver:
(səs: 2)

 

Deyirlər, utananın oğlu olmur. Bu sözdə hər nə qədər hikmət olduğu bilinməsə də, hər bir halda "od olmayan yerdən tüstü çıxmaz”. Atalarımız boş yerə məsələ deməzlər. Odur ki, işinizi bəri başdan ehtiyatlı tutun və utancaqlıq hissini öldürün.

 

Utancaq birisiniz? Çoxlu insanlar arasında sizə yönəlmiş baxışlardan sıxılırsınız, ürəyiniz tez-tez döyünür, nəfəsiniz daralır və yanaqlarınız tez bir zamanda qızarırsa, psixoloq məsləhətlərinə əməl edin.

 

Araşdırmalar nəticəsində qadınların daha çox utancaq olduqları ortaya çıxıb. Əgər tanımadığınız insanla eyni mühitdə olarkən  utanırsınızsa, bu, ciddi problem deyil, əksinə siz normal birisiniz.

 

Yanaqlarınızmı qızarır?

 

Əgər yeni bir iş mühitində özünüzü təqdim etmək üçün ayağa qalxarkən, yanaqlarınız qızarırsa, səsiniz titrəyirsə, çoxlu insanlar qarşısında danışmaqdan hər zaman qaçırsınızsa, deməli, utancaq birisiniz. Ancaq hamı söhbətcil, məsələlərə utanmadan müdaxilə edə bilən biri olmaq məcburiyyətində deyil. Bunu unutmayın.

 

Özünüzə nəzarət edin 

 

Utancaqlığınıza görə bəzi uğurlu fürsətləri qaçırdığınızı  düşünürsünüzsə, artıq davranışlarınıza nəzarət etməyin vaxtı çatıb. "Daimi xoşbəxtlik” layihəsinin rəhbəri olan ABŞ psixoloqu Artest Battler utancaqlığın həll edilməyəcək bir problem olmadığını bildirib.

 

Utancaqlığın səbəbini araşdırmaq lazımdır

 

Psixoloq Artest Battlerin məsləhətlərinə uyğun olaraq utancaqlığın yox edilməsinin sirlərini sizə təqdim edir.

 

Bəzi lazımsız düşüncələrdən xilas olun

 

Utancaqlıqla birgə yaşamaq çox çətindir. İnsanlar arasında axmaq vəziyyətə  düşmək, rədd edilmək kimi qorxular sizi passivləşdirməsin. Utancaq qadın hər zaman pis düşüncələrlə özü özünü pis vəziyyətlərə salır. Bunun üçün bəzi yalnış düşüncələrdən uzaq durmalısınız.

 

Probleminiz haqda bol-bol danışın

 

Dostunuzla, həyat yoldaşınızla utancaq olduğunuz haqda çoxlu danışın. Ancaq bunun böyük problem olmadığını unutmayın. Əgər yeni mühit sizi utandırırsa, qorxmayın. Yeni insanlarla tanışlığa, yoldaşınızla qonaqlıqlara getməyə cəhd edin. Əgər ürəkdən istəsəniz, utancaqlığınızı yox edə biləcəksiniz.

 

Dostlarınızdan kömək istəyin

 

Əgər insanlarla danışmaqdan utanırsınızsa, daha sosial və söhbətcil olan bir dostunuzdan bu haqda kömək istəyin. Dostunuzdan sizi yeni insanlara tanış etməsini,  sizi tanış edərkən sizin ifadə edə bilmədiyiniz müsbət özəlliklərinizi deməsini istəyin.

 

Hamıdan nəyə görə fərqli olduğunuzu ortaya çıxarın

 

Utancaq qadın qarşı cinsin nümayəndəsinin diqqətini çəkməsi üçün ilk öncə fərqli olmalıdır. Çoxlu insanlar arasında fərqliliyinizi göstərə biləcək özəlliyinizi ortaya çıxarın. Fərqli olduğunuzu hiss etdiyinizdə artıq utanmayacaqsınız. Əgər "bu çətindir” deyə düşünürsüzsə, xatırlamalısınız ki, siz artıq utancaqlığa qalib gəlmək istəyirsiniz.

 

Düzgün addımlar atın

 

Əgər yeni tanıdığınız biriylə danışarkən utandığınızı hiss edirsinizsə, dərhal qarşınızdakı insana bir sual verin. Ancaq sualın axmaq sual olmamasına çalışın. Heç danışmadan üzünə baxmaqdansa, sual verməyiniz onun söhbət etməsinə şərait yaradacaq və  beləliklə, hər şey öz yoluna düşəcək. O, sözünü bitirdikdə siz də ona verdiyiniz sualı cavablandıraraq söhbəti uzada bilərsiz. Bu, imkansız deyil. 


loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 3199
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv