Noutbukun üstünə su dağılarsa nə etməli?

Müəllif: Wiyinka
Şərhlər: 10
Baxılıb: 4 392
Səs ver:
(səs: 2)
Bildiyimiz kimi insanların çoxu noutbuku iş üçün istifadə edirlər. Belə insanlar noutbuku özləri ilə hər yerə aparırlar. Nahara gedərkən və ya noutbukun yanında yeyərkən onlar öz noutbuklarına zərər yetirə bilərlər. Belə halda əsas problem noutbukunuzun suya qərq olmasıdır. Biz elə bu problem haqda danışırıq. Noutbukun üzərinə tökülən əsas mayelər bunlardır: su, kofe və şirə.
Adi sudan başlayaq. Beləliklə noutbuk çox incə qurğudur, ona görə suya davamlı deyil. Belə halda əsas məsələ nə etmək lazım olması və noutbukun üzərinə nə qədər suyun tökülməsidir.
Noutbuk üçün əsas tökülmə dozası bir stəkandır. Ancaq hətta belə doza da düzgün olmayan ilk hərəkətlə noutbukunuz üçün çox zərərli ola bilər.

Noutbukun üstünə su dağılarsa nə etməli?
1. Noutbukunuzu nəm salfetlə silmək.
2. İçərisindən qalmış suyun çıxması üçün kalviaturanı daxilə tərəf sıxmaq. Noutbuku silkələmək də olar. Bunun effekti daha yaxşı olacaq və su içərisindən tezliklə çıxacaq.
3. Batareyanı çıxarmaq.
4. Noutbuku təxminən bir gün qurumaq üçün münasib bir yerə qoymaq.
Belə sadə tədbirlər noutbukunuzu xilas edə bilər və onun təmiri də ucuz başa gələr. Əgər siz bunu edirsinizsə, siz klaviaturanı dəyişməli olacaqsınız (əgər işləməsə). Əgər hər şey işləyirsə, bəxtiniz gətirib. Əgər noutbukunuz açılmırsa və təmirə ehtiyacı varsa, ən yaxşısı servisə aparmaq daha münasibdir.

Ancaq yenə də siz özünüz hər şeyi etmək istəyirsinizsə, onda aşağıdakıları edin:

1. Noutbuku sökmək və bütün plataları fenlə qurutmaq. Bütün tellərin yerində olmasını yoxlayın. Sonra bir gün bu vəziyyətdə saxlayın, imkan verin tam qurusun. Bundan sonra kompüteri işlətməyə çalışın.
2. Əgər noutbuk açılmırsa, onda su ana plataya düşmüşdür. Platanı çıxarmaq lazımdır. Sonra silmək və qurutmaq. Kontaklarda oksidləşmə olub-olmadığını dəqiq yoxlayın. Əgər varsa, onları xüsusi maye ilə təmizləyin. Bundan sonra platanı yenidən öz yerinə qoyub bütün kontakları yenidən lehimləmək lazımdır. Bunu isə yaxşı bacarmaq lazımdır. Noutbuk soyuyandan sonra işlədin.
3. Əgər işləmirsə, deməli problem hansısa detalın tam sıradan çıxmasıdır. Əgər bu addımlar noutbukunuz xilas etmədisə onu mütləq servisə aparmaq lazımdır. Servisdə noutbuk üzərində hansı əməliyyatlar apardığınızı söyləyin. Bu onun təmiri prosesisini sürətləndirəcək. Noutbuku təmir edib sizə təqdim edəcəklər.
Əgər siz noutbukunuza kofe və ya şirə tökmüsünüzsə, onda onun yaşamaq şansı 0-a bərabərdir. Çünki bunlar yapışqan maddələrdir, bütün platalar dərhal yanır və sizi ancaq servis xilas edə bilər. Orda da sizə yanmış platanı dəyişməklə yardımçı olacaqlar.
Bütün yuxarıda deyilənlərə əsasən belə bir nəticə çıxarmaq olar ki, sadəcə noutbukunuzla nahara getmək və onun yanında içki içmək olmaz, çünki noutbukunuzun təmiri sizə baha başa gələ bilər.
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 4 392
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri