Gözəl səsə sahib olmanın yolları

Müəllif: Wiyinka
Şərhlər: 5
Baxılıb: 7 888
Səs ver:
(səs: 1)
Gözəl səsə sahib olmaq üçün nə etməli?
1.Soyuq içkilər içməyin. İsti havada soyuducuda saxlanılan sudan bir neçə qurtum içmək bəzən səsin batması ilə nəticələnir. Acı, duzlu, marinadlı ərzaqlara da çox meyil etməyin- onlar boğazı tez qıcıqlandırır.
2.Soyuqdəymədən özünüzü qoruyun. Bu qaydaya riayət etmək çox çətin olduğunda boğazınızda cüzi qıcıqlanma hiss edən kimi müalicəyə başlayın, çünki iltihab prossesindən sonra səs tellərinin toxumaları birləşdirici toxuma ilə əvəzləndiyindən səs kobudlaşır. Onun tembri və emosional təsiri dəyişir.
3.Çalışın ki, səs tellərinizi yormayasınız. Uzunmüddətli və hədsiz gərginlikdən qaçın, canlı ünsiyyətdən daha çox gələn telefon söhbətlərini azaldın.
4.Əgər səsiniz batıbsa, susun. Çünki aşağı tonlarda və ya pıçıltı ilə danışmaq əks təsir doğura bilər. Bu zaman səs telləri daha da gərginləşir.
5.Çalışın ki, az əsəbləşəsiniz: gözəl, qulağayatımlı səs orqanizmin ümumi vəziyyətindən, o cümlədən də sinir sisteminin vəziyyətindən də asılıdır.
6.Qışda küçədə, xüsusən də uzun və çılğın sonra danışmayın. Boğazınızın və səs tellərinizin dincəlməyinə imkan verin.

Gözəl səsin düşmənləri.
1.Həddən artıq isti və soyuq qida və içkilər. İsti qida udlaq damarlarını çox genişləndirir, çox soyuq isə-onları daraldır. Yəni hər ikisi eyni dərəcədə zərərlidir.

2.Alkoqollu və qazlı içkilər. Alkoqol səs tellərinin selikli qişasını qurudur, səsi xırıltılı edir. Qazlı sudakı hava qabarcıqları selikli qişanı qıcıqlandırır.

3.Quru və tozlu hava. Əgər otaqda hava çox qurudursa (rütubət 30-35%-dən aşağıdırsa), udlağın və səs tellərinin qıcıqlanmaması üçün havanı nəmləndirmək lazımdır.

4.Siqaret çəkməkdən səs tellərində iltihab prossesi başlayır, onların elestikliyi itir və səs xırıldayır. Yeri gəlmişkən, passiv siqaret çəkmə də səs aparatına zərər vurur.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 7 888
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri