Gilas sapının faydaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 604
Səs ver:
(səs: 1)
Gilas sapının şəfalı təsiri var

Ondan bitki mənşəli çay da hazırlanır. Gilas sapından əldə edilən çaydan arıqlamaq məqsədi ilə də istifadə edirlər və çox yaxşı təsiri olur. Hətta digər çaylardan da üstündür. Bu qədər əhəmiyyətli olmasının səbəbi isə həddindən artıq istifadə edildikdə əks təsirləri və zərərlərinin olmamasıdır. Gilas sapı çayı şiş təmizləyicisi və sidik qovucudur, sidik yolları narahatlıqları ilə böyrək xəstəliklərində müalicə məqsədilə istifadə edilir. O, həm də maddələr mübadiləsini sürətləndirir və arıqlamaq üçün də istifadə edilər.
Gilas sapı çayından artrit, revmatizm, bronxit, oynaqların duzlaşması və damar sərtliyi kimi xəstəliklərin müalicəsində istifadə olunur. Ancaq gilas sapı çayının bizi maraqlandıran ən əhəmiyyətli iki xüsusiyyəti - artıq çəkidən azad etməsi və sidikqovucu xüsusiyyətləridir, bu səbəblə bədəndə şişkinlik və su miqdarını azaldır.
Kölgədə yaxşıca qurudulan gilas saplarıyla hazırlanan dərman və ya çay sağlamlığınıza qovuşmağınızı təmin edə bilir. Gilas sapları lazım olunduğu zaman kəsilir və bir gün müddətində su içində islanmağa, yumşalmağa qoyulur.

Gilas sapı çayı necə hazırlanır?


Bir litr suyun içinə bir kiçik ovuc gilas sapı qoyulur. Qaynadılaraq əldə edilən gilas sapı çayını gündə 3-4 stəkan içmək olar. Eyni zamanda bu dəmləmə gündə 2 dəfə əl və ayaq duşu şəklində də istifadə edilə bilər. Hazırlanan gilas sapı dəmləməsi təzə, ya da qurudulmuş gilasların üzərinə tökülüb yarım saat gözlədildikdən sonra süzülərək eyni miqdarda içilə bilər.
Gilas sapları qarğıdalı saçaqları ilə qaynadılıb ayaq və qarın şişkinliyini aradan qaldırmaq üçün, arpayla qaynadılaraq əldə edilən dəmləmə isə sidikqovucu kimi istifadə edilir.

Gilas sapından hazırlanan çay böyrəklərin dostudur

Sidikqovucu xüsusiyyətiylə böyrəklərin dostudur, bəzi zərərli maddələrədən qoruyur. Böyrəklərdə daş və qumun yaranmasını əngəlləyir və zamanla onları tökür. Həm də öd kisəsindəki daşın tökülməsinə də kömək edir. Bədəndəki suyun çoxunu atır və bununla da çəkinin azalması baş verir.
Gilas sapı çayı qəbizliyi aradan qaldırır. Xüsusilə boyat yeməklərlə, kolbasa, sosiska kimi qidaların zərərlərini əngəlləyir, eyni zamanda qandakı zərərli maddələrin bədəndən atılmasını və qanın təmizlənməsini, üzdə olan sızanaqların aradan qaldırılmasını təmin edir. Gilas suyunun üz və boyun qisimlərinə çəkilməsinin dəridəki qırışları aradan qaldırdığı bildirilir.
Gilas həm də qaraciyərin dostudur. Xəstəliklər, dərmandan çox istifadə etmə və zəhərlənmələr nəticəsində yüklənən qaraciyərin yükünü zəiflədir, yaxşılaşmasına kömək edir. Qaraciyər zamanla normal vəziyyətinə dönür və öd ifrazatı artır. Beləcə, həzm gücünü artırır.

Gilasda olan şəkər asan həzm edildiyi üçün şəkər xəstələri çəkinmədən albalı yeyə bilər. Tərkibindəki maddə və vitaminlər səbəbi ilə xəstəliklərə qarşı dözümlülüyü artırır. Sinirləri qüvvətləndirir və sakitlik təmin edir. A vitamini qaynağı olan gilas gözlərin də dostudur.

Aspirindən daha faydalıdır

Gilas stressi aradan qaldırır, menopoz dövründə faydalıdır. Meyvəsi ağrıların sakitləşməsində aspirindən daha çox təsir edir. Araşdırma aparan insanlar bu təsiri onda olan antosianin adlı kimyəvi maddənin etdiyini bildirir. Gilasda 12-25 mq arasında antosianin var və bu maddənin ağrıkəsici təsirinin aspirinə nisbətən 10 qat daha çox olduğu bildirilir. Araşdırmaçılara görə, gündə 20 gilas yemək bir aspirin almaqla eynidir. 
Gilas sapının faydaları

Gilas alarkən diqqət edilməli məqamlar

Gilas alarkən təmiz, parlaq və ziyansız olmasına diqqət edin. Rəngi ​​tünd olanlar daha şirindir. Saxlayarkən saplarını çıxarmasanız, ömrü daha uzun olar. Yumadan plastik bir qaba qoyub soyuducunda saxlayın və yeməzdən əvvəl yuyun. Soyuducudan çıxarıb otaq istiliyində 1-2 saat saxlasanız, dadı daha ləzzətli olacaq. Təzə gilasın 2-4 gün içində yeyilməsi lazımdır. Onu soyuducuda saxlaya bilərsiniz. Bunun üçün gilasın tumlarını çıxarmaq lazımdır.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 604
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri