Ürək xəstələrinə şad xəbər: seks infarktın qarşısını alır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 7 439
Səs ver:
(səs: 1)
Ürək xəstəliklərinin cinsi həyata əngəl olmadığı və hətta seksin ürəyin performansını gücləndirərək ömrü uzatdığı ortaya çıxıb.

Qadınlar.Biz-in xəbərinə görə, araşdırmalar bəzi cütlüklərin seks üçün sadəcə 5-15 dəqiqə sərf etdiyini müəyyən edib. Seks üçün insanın çox enerji sərf etməsi elə də vacib deyil. Seks zamanı sərf etdiyiniz oksigen nərdivan qalxarkən sərf etdiyiniz oksigenlə ilə eyni səviyyədədir. Bəzi insanlar üçün seks üçün lazım olan enerji bir əşya daşımaq, 20 dəqiqə qaçmaq, bağça və ev işləriylə məşğul olarkən sərf edilən enerjidən artıq deyil.

Cinsi yaxınlıq zamanı ürək ritmi 110-130 arası olur. Tənəffüs sürəti isə dəqiqədə 16-18 dən 60–a qədər müşahidə edilir. Bu rəqəmlər kişilərdə bir qədər yüksək olur.

Ümumiyyətlə cinsi yaxınlığın ürəyə heç bir ziyanı yoxdur, ancaq cinsi yaxınlıq zamanı keçirdiyiniz yüksək stress ürəyi daha çox təzyiqə məruz qoyur.

Seks ürəklə bağlı yaşanan ölüm hallarını artırırmı?

Seks zamanı infarkt və ürək problemi ilə bağlı ölümlər çox nadir hallarda baş verir. Sağlam bir kişidə seksdən sonra infarkt olmaq riski çox aşağıdır.

Əgər kişi daha öncə 1 dəfə infarkt keçirdiyi üçün hərəkətsiz bir həyat yaşayırsa, seks zamanı yüksək enerji sərf edərkən o yenidən infarkt keçirə bilər.

Seks pozisiyalarının heç birinin ürəyə ziyanlı və ya faydalı olmasında heç bir fərq yoxdur. Əsas odur ki, özünüzü rahat hiss edəsiniz.

Ürək xəstəliyi cinsi problemləri artırırmı?

Ürəyə təsir göstərən problemlər cinsi həyata da mənfi təsir göstərir. Yəni ürək damarlarına mənfi təsir göstərən hansısa bir problem - şəkər xəstəliyi, yüksək təzyiq, damar tıxanıqlığı, siqaret istifadəsi, hərəkətsiz həyat tərzi və həddən çox içki içilməsi cinsi bölgəyə gedən damarlarda da fəsadlar törədir. Buna görə ürək xəstəlikləri, damarlarda sərtləşmə, yüksək təzyiq kimi xəstəliklər zamanı cinsi problemlər də müşahidə edilir.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 7 439
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri