Qarpız haqqında bilmədiklərimiz

Müəllif: Wiyinka
Şərhlər: 7
Baxılıb: 21 632
Səs ver:
(səs: 2)
Qarpız sərinləşdirici meyvə olmaqla yanaşı, həm də insan orqnizmi üçün çoxlu faydaları var.

Qida dəyəri
150 qram qarpızın 92 %-i sudur. Tərkibində 12 qram karbonhidrat, 1 qram zülal və 2% lif, A, C və B1 vitaminləri var. Kalium baxımından zəngindir. Bundan başqa qarpızın rərkibinə fermentlər, üzvi turşular və təbii şəkər də daxildir. Amma, hər şeydən əvvəl, antioksidantlarla son dərəcə boldur.

Antioksidantdır
Qarpız C vitamini və likopen, beta-karoten, lutein, zeaksantin və kriptoksantin kimi antioksidant falvonoidlərin mükəmməl bir qaynağıdır. Bu güclü antioksidantlar yaşlanma və xəstəliyin qarşısını almaqda əhəmiyyətli bir qoruyucu olaraq qəbul edilir, sərbəst radikallara qarşı bədənimizi müdafiə etmək qabiliyyətinə malikdir.

Nəmləndirir
Dehidratasiya (susuzlaşma) təhlükəsini azaldaraq, bədənin tərləmə yoluyla itirdiyi maye və mineralların yerinə gəlməsinə köməkçi olur. Yaz susuzluğunu aradan qaldırmaq üçün mükəmməl bir meyvədir.

Sidikqovucudur
Orqanizmdə olan zərərli toksinlərin xaric edilməsində kömək olur. Sidikqovucu xüsusiyyətlərə malikdir. Qaraciyəri təmizləyir, böyrəyin funksiyasını yaxşılaşdırır.

Enerji verir
Qarpız vitamin B6 ve B1 və təbii enerji gücləndiricilərə malikdir.Maqnezium və kalium kimi mineralların zəngin mənbəyidir.

İmmunitet sistemi
Tərkibindəki C vitamini, likopen ve digər güclü antioksidanların sayəsində orqanizmin təbii müdafiəsini artırır. Bütün bu birləşmələrin xəstəlikləri önləyən sərbəst radikal zərərinə qarşı bədənimizi qorumaq və immunitet sistemini gücləndirmək üçün mükəmməl bir qabiliyyəti var.

Gözlər
Qarpızın tərkibində olan likopen ve vitamin göz sağlamlığı üçün çox əhəmiyyətli birləşmələrdir. Onlar makula degenerasiyasını və digər göz ilə bağlı problemlərə qarşı qorumanı təmin edir. Gözlər üçün çox faydalıdır.

Təzyiq və ürək
Tərkibində olan amin turşuları, maqnezium qan təzyiqini tarazlayır. Təzyiqi tənzimləyir və ürəklə bağlı problemləri olan xəstələrə çox faydalıdır
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 21 632
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri