Faydalı məsləhətlər

Müəllif: Narminovski
Şərhlər: 5
Baxılıb: 3 851
Səs ver:
(səs: 1)
1. Kirli butulkanı təmizləmək
Kirli butulkanı təmizləmək üçün içinə qabyuyan vasitədən əlavə metal zəncir atıb çalxalamaq lazımdır.

2. Paltara yapışmış saqqızı qoparmaq üçün
Paltara yapışmış saqqızı qoparmaq üçün həmin paltarı soyuducunun buzlu yerində 1 saat saxlamaq lazımdır. Əgər paltar buzlu yerə yerləşmirsə, onda saqqız yapışan yerə buz parçası qoyun.
 
3. Holland pendiri keçirdiyiniz sürtkəci təmizləmək üçün
Holland pendiri keçirdiyiniz sürtkəci təmizləmək üçün, sürtkəcdən yarım çiy kartof keçirin. Bundan sonra sürtkəc rahat təmizlənəcək.
 
4. Gümüş əşyaları təmizləmək üçün
Gümüş əşyaları təmizləmək üçünnaşatır spirtinə həmin əşyaları salmaq lazımdır, sonra soyuq su ilə yumaq və yun əski ilə qurulamaq lazımdır.
 
5. Gümüş bəzək əşyalarını təmizləmək üçün
Gümüş bəzək əşyalarını təmizləmək üçün isə onları bir parça sink və qaynar paltar sodası məhlulu tökülmüş suya salmaq lazımdır.Rütubət ləkəsi olan gümüş əşyaları diş məcunu ilə təmizləmək olar.
 
6. Bankanın polietilen qapağını açmaq üçün
Bankanın polietilen qapağını açmaq üçün bankanın üstünə qaynar su olan qab qoymaqla açmaq olar. Beləliklə qapaq isinəcək və asan açılacaq.
 
7. Əgər çətiriniz formasını itiribsə
Əgər çətiriniz formasını itiribsə, yaxud bağlanmırsa, onu açıq vəziyyətdə isti duşun altına qoyun. Parçası quruyandan sonra çətiriniz hamarlaşacaq və rahat bağlanacaq.
8. Kartofun bişərkən xırçıltılı və qırmızımtıl rəngdə olması üçün
Kartofun bişərkən xırçıltılı və qırmızımtıl rəngdə olması üçün qızartmazdan əvvəl kartofu yaxşıca qurutmaq lazımdır. Bunun üçün həm dəsmaldan, həm də fendən istifadə edə bilərsiniz. Daha sonra qaynar yağın içinə atmaq və qızarandan sonra duzlamaq lazımdır.
 
9. Təzə kartofu təmizləmək üçün,
Təzə kartofu təmizləmək üçün qabyuyan sungərdən (bir tərəfi porolon, digər tərəfi kələ-kötür material olsun) istifadə edin.
 
10. Kartofu uzun müddət saxlamaq üçün:
- Əvvəla kartofun xarab olan yerlərini kəsib atmaq lazımdır.
- Rütubətli havada kartofu qurutmaq lazımdır.
- Kartofu saxlayacağınız yer təmiz və quru olmalıdır.
- Kartofu zirzəmidə saxlayacağınız təqdirdə ventilyasiya üçün pəncərə qoymaq lazımdır.
- Kartofu qış fəslində 2-5 dərəcə istilikdə və 85-95 % nisbi rütubət şəraitində saxlamaq lazımdır.

11. Çaydanı ərpdən təmizləmək üçün:
- Boş çaydanı isidib içinə bir stəkan suyu təzyiqlə tökmək lazımdır.
- 1-2 paket limon turşusu qatılmış suyu ərpli çaydanda qaynatmaq olar.
- 1 çay qaşığı sodanı suya qataraq, çaydanda 30 dəqiqə müddətində qaynatmaq lazımdır.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 851
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri