Heyvanın faydaları

Müəllif: Wiyinka
Şərhlər: 7
Baxılıb: 7 690
Səs ver:
(səs: 0)
Heyva, uşaqlarda sağlamlığı qorumada təsirlidir, böyümə və inkişafı sürətləndirir. Bir çox xəstəliyə şəfa olan heyva, ürək, ağciyər, boğaz, mədə, göz, bağırsaq və ağız narahatlıqlarının müalicəsində faydalıdır.
Heyva yarpaqları çay kimi dəmlənib içildiyində sakitləşdirir və yuxusuzluğa çox təsirli həlldir. Şəkər tərkibinin aşağı olması səbəbiylə şəkər xəstələri tərəfindən də rahatlıqla istehlak edilə bilir.
Ağızdakı yaralar, boğazdakı şişlik və ağrı üçün heyvanın özü, ya da yarpaqlarının qaynadılıb suyu ilə qarqara edilməsi inanılmaz təsir edir. Dodaq çatlamalarının qarşısını almaq və ya yaxşılaşdırmaq üçün də heyva çəyirdəklərinin qaynadılıb, dodaqların bu suyla yuyulması təklif edilir.
Heyva çiçəyi qaynadılıb içildiyində anaların südünü artırar, ürəyi gücləndirər və baş ağrısına yaxşı gəlir. Heyva qabıqlarının qaynadılıb içilməsi, sidik yolu iltihablarında yaxşılaşmağı sürətləndirməyə kömək edir.
Heyva hoşafı ağızdakı yaraların yaxşılaşmasını sürətləndirməyə kömək edər. Kərə yağı ilə bişirilən heyva, bəlğəmi yox edər, xroniki öskürəyə, tənəffüs sistemixəstəliklərinə və bronxitə yaxşı gəlir.Cinsi gücü artıran xüsusiyyətə malikdir. Qandakı ziyanlı xolesterolu salaraq, damar sərtliyindən qoruyar.
Ağız qoxusunu önləyici təsirə malikdir. Ehtiva etdiyi vitamin və minerallarla ürək və damar xəstəliklərindən qoruduğu, varisi önləyib, varis müalicəsinə köməkçi olar.
Heyva, ya da heyva suyu ishalın keçməsi üçün çox təsirli bir həlldir. Meyvəsi və ya meyvəsindən hazırlanan sirop və kompot ishala yaxşı gəlr. Bədənin gücünü artıraraq, gümrah tutmağa kömək olaraq yorğunluq və halsızlıqdan qoruyur.
Dərini və dırnaqları gümrah, parlaq və daha sağlam olmasını təmin edər. Qrip və soyuqdəymədə də yaxşılaşmağı sürətləndirir.
Hər yaşda sinir sistemini gücləndirər. Mədə və bağırsaqları zərərli mikroblardan qoruyaraq həzmsizlik kimi problemləri əngəlləyər.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 7 690
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri