Alma haqda bunları bilməlisiniz!

Müəllif: Wiyinka
Şərhlər: 3
Baxılıb: 6 106
Səs ver:
(səs: 1)
 
Almanın faydaları saymaqla bitmir. Hər gün bu meyvənin yeni-yeni faydaları üzə çıxır. Minlərlə faydası olan bu meyvəni ilin bütün fəsillərində yemək mümkündür. Almanı qabıqları ilə yemək məsləhətdir. Çünki əsas vitamin və minerallar meyvənin qabığındadır.
Bəs alma nəyə faydalıdır? 

Xolesterolu salır - orta ölçülü bir almada 4 qram lif var. Gündə iki alma xolesterolu 16 faiz aşağı sala bilər.

Tox tutar - Alma uzun müddət tox hiss etməyə kömək edir. Böyük alma 95, kiçiyi isə 60 kaloridir. Nəticədə bir alma ilə həm formanızı, həm də sağlamlığınızı asanlıqla qoruya bilərsiniz.

Tənəffüs problemləri ilə mübarizə - həftədə 5-6 alma (əlbəttə ki, qabıqla) tərkibindəki quercetin adlı antioksidan sayəsində ağciyərlərin funksiyasını artırır. Müntəzəm olaraq alma yeyən qadınların uşaqlarında astma riski çox aşağıdır.

Qripə qarşı - alma içindəki C və E kimi vitaminlərlə bədənin immunitetini artırır. Orta ölçülü almada 8 mq. C vitamini var. Bu da gündəlik C vitamini təlabatının 12 faizi deməkdir.

Diabet riskini azaldır - alma, armud kimi meyvələr 2-ci tip diabet riskini azaldır. Ümumiyyətlə, qırmızı meyvələr bu xəstəliklə mübarizə üçün çox faydalıdır.

Beyni gücləndirir - alma sinir hücrələri arasındakı bağlantını gücləndirir, alzgeymer xəstəliyi riskini azaldır, yaddaşı gücləndirir.

Xərçəng hüceyrələri ilə mübarizə - 2004-cü ildə Fransada aparılan araşdırma almanın tərkibindəki faydalı vitamin və mineralar sayəsində xərçəng hüceyrələri ilə mübarizə apardığını ortaya çıxarıb. Xüsusilə ağciyər, süd vəzi xərcəngi ilə.

Qan təmizləyir - səhər-səhər ac qarına yeyiləndə qanı və bədəni toksinlərdə təmizləyir.

Dişləri qoruyur- dişlənərək yeyiləndə dişləri təmizləyir və diş ətlərini gücləndirir.
Yuxudan öncə yeyiləndə rahatladır və rahat yatmağa kömək edir.

Bədəni enerji ilə təmin edir, ürəyi qoruyur. Hər gün bir alma infarkt riskini 24 faiz azaldır.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 6 106
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri