Çiyələyin nə kimi faydaları vardır

Müəllif: Wiyinka
Şərhlər: 5
Baxılıb: 3 898
Səs ver:
(səs: 1)
Elmi tədqiqatlar sübuta yetirib ki, çiyələyin tərkibində insana gümrahlıq və xoş ovqat gətirən 50-dən çox ətirli maddə var. Cəmi 150 qram çiyələk bəsdir ki, bütün mənfi emosiyalar bir anın içində neytrallaşsın. 
Orta əsr fransız xanımlarının gözəllik resepti bizim günələrədək gəlib çatıb: şam yeməyini 300-500 qram çiyələklə əvəz etməklə şirin yuxu, gözəl dəriyə sahib olmaq və artıq çəkidən canınnızı qurtara bilərsiniz. Çiyələk karbohidratların mənimsənilmə prossesini ləngitdiyi üçün adamı arıqladır.
Tərkibində dəmir maddəsi çox olduğundan, bəzən çiyələyi dəmir ledi də adlandırırlar. Bütün zamanlarda hər kəs çiyələyi çox sevib-çünki, çiyələk hər kəsə gözəllik, sağlamlıq və qüvvət bəxş edir. 
Tərkibində C vitamininə görə çiyələk təkcə qara qarağatdan geridə qalır. Miqdarına görə isə fol turşusu çiyələkdə daha çoxdur, nəinki moruq və üzümdə. Çiyələyi gündəlik sürfələrinizdən əskik etməyin. Çünki bu giləmeyvə immun sistemi və damar divarlarını möhkəmləndiri. Çiyələk orqanizmi viruslardan qorumaqla yanaşı, ondan qrip və soyuqlama zamanı proflaktika məqsədi ilə istifadə etmək olar. Bu giləmeyvə güclü iltihabvə mikrobəleyhinə olan bir vasitədir. Buna görə də çiyələyi dərman preparatı kimi mədə xəstəliyindən əziyyət çəkən insanlara təyin edirlər. Bu giləmeyvəni, hətta antimikrob xüsusiyyətinə görə burun-qulaq xəstəliklərinin iltiabı zamanı müalicəvi vasitə kimi istifadə edirlər. Çiyələk ağızdan gələn xoşagəlməz qoxunu yox edir. Çiyələyin tərkibində yod kifayət qədər olduğu üçün yayda yodla zəngin qidalardan istifadəni minimuma endirə bilərsiniz. Çiyələk həyatın bir çox çətin hallarında aptek rolunu oynayır. Çiyələyin şirin dadına baxmayaraq, qanda şəkərin miqdarını azaltmaq xüsusiyyətinə malikdir. Gündə ¼ hissəsi qədər çiyələk şirəsi içmək öddaşı xəstəliyi zamanı müsbət təsir göstərir. Çiyələk həmçinin sidikqovucu xüsusiyyətə malik olduğu üçün qaraciyər və böyrəklərində problemi olanlar üçün qaraciyər və böyrəklərində problemi olanlar üçün çox xeyirlidir. Çiyələyin meyvəsi və yarpaqlarından hazırlanmış dəmləmə orqanizmdə maddələr mübadilləsinin və arterial təzyiqin normallaşmasına kömək edir. Yuxusuzluq zamanı da bu giləmeyvə yaxşı təsir göstərir. Qan azlığı, oynaq ağrıları zamanı və qan dövranın yaxşılaşması üçün rasiondan çiyələyi əskik etməyin. Çiyələk qadınlar üçün əvəzolunmaz vasitədir. Əgər dəriniz qurudursa çiyələyi çəngəl vasitəsi ilə əzib 1-2 çay qaşığı xama ilə qarışdırb üzünüzə çəkin. 10-15 dəqiqə saxladıqdan sonra ilıq sü, ya da ilıq su ilə yaxalayın. Həmin gün kosmetikadan istifadə etməyin. Soyuducunun buzxanasında bu giləmeyvə 6 aya qədər öz təravətini saxlaya bilər. Çiyələkləri siniyə bir-bir düzərək açıq şəkildə soyuducunun buz dolabına qoyun. Giləmeyvələr tam donduqdan sonra onları xüsusi paketdə 6 aya qədər saxlaya bilərsiniz.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 898
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri