Öz imicini özün dəyişdir cazibədar ol

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 939
Səs ver:
(səs: 2)

Siz özünüzü dəyişdirmək, imicinizi yeniləmək istəyirsiz, amma nədən başlamağı bilmirsiz? Qadınlar.Biz saytının sizə məsləhətlər öz obrazınızı dəyişdirməyə kömək edəcək.

  • Müxtəlif stilləri öyrənib araşdırın. Siz imicinizi dəyişmək istədiyiniz halda, ilk növbədə parlaq dəbli jurnallar əldə edin və ya dəbli mövzuda saytları araşdırın. Bu sizə hər hansı bir obraz seçməyə kömək edəcək.
  • Öz ilhamınızı tapın. Əgər siz şou-biznesin hər hansı bir ulduzuna heyran olmusunuzsa və onun stili sizi valeh edibsə – bu zaman həmin obraza uyğunlaşmağa cəhd edin. Amma ən vacib, bədən quruluşunuzu nəzərə alın və yalnız məhz sizə yaraşan, əyninizdə yaxşı oturan geyim dəstlərini seçin. Seçilmiş ulduz sizin ilhamınız olacaq. Yeri gəlmişkən, saç düzümünün dəyişikliyi də həmçinin imicdə çox mühüm rol oynayır.

  • Lazımlı əşyaların dəqiq siyahısını tutun. Sizin tərəfinizdən seçilmiş stili təcəssüm edən müxtəlif əşyalar mövcuddur. Sizin qarderobunuz üçün lazımlı əşyaların təxmini siyahısını tutun və mağazalara, dəbli butiklərə onları axtarmağa yola düşün. Həmçinin detalları və rəngləri də unutmaq lazım deyil, sizin xoşunuza gələn hər bir məqamı qeyd edin ki, seçimlərinizi asan edə biləsiniz.
  • Yeni geyim butiklərinə baş çəkin. Hər birimiz bəzən müxtəlif fikirlərə görə bəzi butiklərin yanından düz keçirik. Ya vitrin xoşumuza gəlmir, ya orada alıcıların olmaması bizi fikrimizdən döndərir, ya da fikirləşirik ki, qiymətlər çox yüksəkdir və s. Ama əksinə, ola bilsin ki siz, məhz bu mağazada istədiyinizi tapa bildiniz və bunun üçün xoşunuza gələn mağazaya mütləq baş çəkin.

  • Asan olanlardan başlayın. Öz qarderobunuza bir neçə yeni əşya əlavə edin. Şkafınızı dərhal böyük miqdarda təzə əşyalarnan doldurmaq lazım deyildir. Əgər daha əvvəl siz klassik üslubda geyimin tərəfdarı idinizsə, bu zaman rok stilində olan bir geyim əldə edin (məsələn, dəri gödəkçə). Əgər əksinə, siz daha çox "küçə” stilində geyinirdinizsə, bu zaman hər hansısa bir zərif qadın elementini əldə edin (məsələn, dekolte libas və ya dar yubkayla ağ köynək).

Təcrübə aparmaqdan çəkinməyin. Bir az daha cəsarətli olun və sizdə hər şey gözəl alınacaq!

(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 939
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri