Temperaturu salan bitkilər

Müəllif: ŞehZam
Şərhlər:
Baxılıb: 3084
Paylaş:
Səs ver:
(səs: 2)
Bildiyimiz kimi bədəndə hərarətin yüksəlməsi orqanizmin zərərli maddə və ya mikroorqanizmlərə qarşı reaksiyasıdır. Bu səbəbdən də qızdırma xəstəlik deyil, hər hansı bir xəstəliyin əlaməti kimi başa düşülür. Hərarətin 37.5 dərəcədən yuxarı qalxması isə artıq qızdırma hesab edilir. Qızdırmanı salmaq üçün əsasən müxtəlif kimyəvi tərkibli preparatlardan istifadə edilsə də, bəzi bitkilər də bu barədə çox faydalıdır.
 
Ona görə də sizə gərəkli olar deyə aşağıdakı təbii vasitələri təqdim edirəm.
1. Qaynadılmış cökə çiçəyindən bir stəkan götürərək içinə bir çay qaşığı dolusu nanə əlavə edin. 10 dəqiqə dəm aldıqdan sonra için.
2. Cəfəri, qaxotu(qoyunqıran), yovşan, evkalipt yarpağı ilə quru ərik xoşabı (quru meyvələr, şəkər və sudan hazırlanan içki) içilərsə qızdırma düşər.
3. Bir stəkan qaynar suda 5 qram xırdalanmış əməköməci 10 dəqiqə dəmlənir və gündə üç stəkan içilir.
4. Bir stəkan qaynar suda 10 qram boymadərəni 10 dəqiqə dəmləyib gündə 2-3 stəkan içdikdə qızdırmadan əsər-əlamət qalmaz.

Sonda isə qeyd istəyirəm ki, bitkilərin müalicəvi əhəmiyyəti nə qədər böyük olsa da istifadəsində müəyyən əks-göstərişlər də vardır. Ona görə də müalicənizdə tətbiq etmədən öncə onların nəyə xeyir, nəyə ziyan olduğunu bilməyiniz məsləhətdi

loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 3084
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv