Xalça seçmənin incəlikləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 5 061
Səs ver:
(səs: 0)
Xalça, bir məkanın ruhunu əks etdirmədə ən əhəmiyyətli vəzifəni boynuna götürən bir parçadır. Məkanın ümumi görünüşünü təyin edər. Buna görə insanlar xalça seçərkən mümkün olduğunca ən doğru xalça modelini tapmaq üçün uzun zaman  axtarışa çıxar  və alış-veriş edərlər.

Əksər zamanlarda da xalça seçkilərində heç cür qərar verilə bilməz və davamlı olaraq problemlə üzləşərlər. Bu nöqtə də səhvə yol verməyib ən doğru olan seçkini etmək istəyirsinizsə, doğru qərar üçün xalça seçmənin incəliklərini öyrənməniz lazımdır.

Pik nöqtələrə diqqət yetirərək etdiyiniz seçimlərin hər vaxt sizi doğruya istiqamətləndirəcəyinə sizdə şahid olacaqsınız. Məsələn; klassik və ya müasir quruluşda bir xalçadan yana seçim etmənizi otağınızın vəziyyəti təyin edəcək. Antikvar əşyalarla dolu bir otağa müasir quruluşda xalça ala bilməyəcəyiniz kimi son dövr trendləri ilə dekorasiya edilmiş otağa klassik quruluşda xalça ala bilməzsiniz.

Xalça seçərkən diqqət yetirməniz lazım olan incəliklərdən biri də rəng uyğunlaşmasıdır. Xalçanın səriləcəyi yerdəki mebellərin rəngləri ilə uyğun şəkildə seçəcəyiniz xalça otaqdakı bütünlüyü təmin edərək, qəşəng bir görünüş əks etdirəcək. Məsələn; tünd rəng hakim olan salonunuza açıq tonlarda xalça seçsəniz məkanı daha çox daraltmaz, mühitin bir az genişlənməsinə səbəb olarsınız. Bunu unutmamanız lazımdır ki; açıq rənglərdə seçilən bir xalça hər vaxt üçün mühitdə təmiz bir görünüş sərgiləyərək geniş bir sahə yaradar.

Bütün bunlarla yanaşı, xalça seçərkən dayanıqlı bir məhsul seçmiş olduğunuzdan əmin olmanız lazımdır. Verdiyiniz pula dəyəcək bir məhsul almaq sizin haqqınızdır. Buna görə məhsulu istifadə etməyə başladığınızdan qısa müddət sonra deformasiya yaşanmağa başlayacaqsa, xalça yeni görünüşünü itirəcək və rənglərində solma olacaqsa əvvəldən bu tərz xalçanı almaqdan imtina edin.

/Mənbə.Qadınlar.Biz/
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 5 061
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri