Dəblə bağlı önəmli məsləhətlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 436
Səs ver:
(səs: 3)
Əslində geyim həyatımızda mühüm rol oynayır.
Bu səbəbdən mütəxəssislər bir neçə məsləhətə əməl etməyi vacib sayırlar.
- İlk növbədə əsl qadın olun. Qarderobunuzu zərif və rəngarəng geyimlərlə doldurun. Ən azından 2 rəngdən istifadə etməyə çalışın.

- Sintetik geyim almayın. Çünki o, keyfiyyətsiz və ucuz görünür.

- Seçdiyiniz rənglərin sizə uyğun olmasına diqqət yetirin. Yadınızda saxlayın ki, sarışınlar zərif rənglərə, qara saçlı xanımlar tünd parlaq rənglərə, kürənlər isə qəhvəyi tonlara üstünlük verməlidirlər.

- Geyimin ölçülərinə mütləq diqqət yetirin. Sizi kök göstərib-göstərmədiyini, hansı çatışmazlığınızı üzə vurduğunu nəzərdən keçirin.

- Qarderobunuzu formalaşdırarkən orijinal və təkrarolunmaz libasların yer almasına fikir verin.

- Zəhlətökən qara gödəkçələri və paltoları rəngli şarflarla fərqləndirin. Hər dəfə dəyişik rənglərdən istifadə etməklə qara geyiminizi dəbə uyğunlaşdırmış olacaqsınız.

- Qarderobunuzda mütləq şəkildə aksessuar olmalıdır. Maraqlı kəmərlər, dəridən hazırlanmış müxtəlif əşyalar, pul kisəsi və s. də olduqca vacibdir.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 3 436
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri